"Bu məsələnin razılaşdırılmasına çox yaxınıq" - Xələf Xələfov

"Bakı və Aşqabad arasında gündəlikdə olan əsas məsələ Xəzər dənizinin Türkmənistan və Azərbaycan sektorlarının delimitasiyasıdır. Bunun üzərində iş davam edir".

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O qeyd edib ki, iki ölkə nümayəndələri arasında son görüş 2-3 ay əvvəl Bakıda keçirilib: "Növbəti görüşün payıza qədər Türkmənistanda baş tutması gözlənilir. Düşünürəm ki, bu məsələnin razılaşdırılmasına çox yaxınıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar