Bir neçə rayonda evləri qarət edən şəxs tutulub - Foto

Tovuz polisi bir neçə rayonda silsilə oğurluq edən şəxsi zərərsizləşdirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif rayonlarda oğurluq əməlləri törətməkdə şübhəli bilinən Beyləqan sakini Seymur Mustafayev saxlanılıb. 37 yaşlı Seymur Mustafayev ötən ilin oktyabr ayında başqa adla Tovuzda kirayədə qaldığı iki evdən notbuklar, mobil telefonlar, zinət əşyası və xeyli miqdarda pul götürərək rayondan qaçıb. Rayon polisi zərərçəkənlərin şikayəti əsasında həmin şəxsin axtarışlarına başlayıb. Həyata keçirilən tədbirlər nəticəsində S. Mustafayev tutulub.

İstintaq zamanı məlum olub ki, S. Mustafayev eyni əməlləri Balakən və Oğuz rayonlarında da törədib. O, həmin rayonlarda da kirayədə qaldığı mənzilləri qarət edib və sonra rayondan qaçıb.

Qeyd edək ki, S. Mustafayev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, dələduzluq etdiyinə görə 6 il azadlıqdan məhrum olunub.

Hazırda onun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar