"Azərbaycan və Rusiya arasında demarkasiya işləri 3-4 il davam edəcək" - Xələf Xələfov

"Rusiya və Azərbaycan arasında demarkasiya işlərinə başlanıb. Artıq 70 km ərazidə sərhəd nişanlarını qoymuşuq. Bu, planlaşdırılmış şəkildə həyata keçirilir”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Birgə Fəaliyyət Planı var: “Amma demarkasiya prosesi uzunmüddətli prosesdir. Bir-iki ilin işi deyil. Azərbaycan və Rusiya arasında bu proses təxminən üç-dörd il də davam edəcək ki, hər yerdə beynəlxalq standartlara uyğun sərhəd nişanlarının qoyulması təmin edilsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar