Rusiya Ermənistan istehsalı olan tərəvəzlərin idxalına qadağa qoya bilər

Rusiya Ermənistanın istehsal etdiyi pomidor və xiyarın ölkəyə idxalına qadağa qoya bilər.

"Report" rus mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") açıqlama yayıb.

Qurum bunu Ermənistana məxsus meyvə-tərəvəzin karantin rejiminə uyğun gəlməməsi ilə izah edir.

Xatırladaq ki, bir qədər əvvəl qonşu ölkənin istehsal etdiyi meyvə-tərəvəzin bir partiyası geri qaytarılıb və Ermənistandan gələn məhsullara fitosanitar nəzarət gücləndirilib. "Rosselnadzor" məhsullarda aşkar edilmiş problemlərlə bağlı Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək qurumu araşdırma aparmağı və müvafiq qərar qəbul etməyə çağırıb.

635x100

Şərhlər

t.ədalət 2018-05-10 19:13:44

Rusiya götürməsə də bizimkilər götürəcək.İndiyədək bazarlarımıza gətirilən kortof,soğan və digər məhsullara heç vaxt mane olunmayıb.ermənilər müxtəlif dərmanlarla istehsal etdikləri məhsulları və mal-qaranı Azərbaycana rahat keçirə bilirlər...

Son yazılar