ASLAN İSMAYILOV BÜTÜN SƏRHƏDLƏRİ AŞDI – “Ailəsinə sahib durmağa ağlı çatmayan...”

Aslan-ISM1

Xeyli vaxtdır aqressiv davranışları ilə diqqəti çəkən, “Facebook” səhifəsi üzərindən konkret şəxsləri hədəfə götürən, əksər hallarda təhqir dilindən istifadə edən hüquqşünas Aslan İsmayılov, bu gün, əminliklə demək olar ki, əndazəni aşaraq, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yolverilməz, əxlaqdan kənar üsulla hücum edib.

A.İsmayılovun təhrikçi, hədə və təhqir dolu açıqlamaları, “Facebook” statusları adi hal alıb. Bu hallar o dərəcədə adiləşib ki, artıq onun hücum etdiyi şəxslərin əksəriyyəti heç reaksiya belə vermirlər. Görünür biraz da bu səbəbdəndir ki, Aslan İsmayılov bir qədər də irəli gedərək artıq qırmızı cizgini də tapdamağa, Eldar Əzizova ailə üzərindən hücum etməyə başlayıb.

A.İsmayılovun bugünkü “Facebook” statusundan oxuyuruq: “Təxminən 3-4 ay bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhərin mərkəz hissəsində geniş zeytunluq bağı salmaq üçün boş sahə istəyir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onun ərazisində bunun üçün ideal yer olduğunu deyib, saldığım parkın ərazisini nişan verir. L.Əliyevanın tapşırığı ilə bir nəfər gənc adam həmin əraziyə gəlir və orada əkilən Xan Çinarlarını görüb, təəccüblə bildirir ki, axı burada ağaclar əkilib. Ona israrla bu ərazinin onlar üçün ayrıldığını bildirib əlavə edirlər ki, bu ağacları hakimiyyətin düşməni Aslan İsmayılov əkib. Həmin insan kimin əkməsindən asılı olmayaraq bu gözəlliyə əl vurmaq olmaz deyib həmin ərazini tərk edir. Bildiyim qədər Leyla Əliyevaya məruzə edildikdən sonra həmin əraziyə bir daha gəlmirlər. İndi təsəvvür edirsinizmi, əraziyə gələn gənc oğlan Eldar Əzizov xislətli olsa, oradakı ağaclar barədə heç kimə heç nə deməsə, nələr baş verərdi? Öz ailəsinə sahib durmağa ağlı çatmayan birisinin hiyləgərlikdə hansı bacarığının olduğunu gördünüzmü?”

eldar-ezizov_yeni1

Bu qədər açıq təhqirdən sonra hüquqşünas əlavə edir: “Ola bilsin son cümləyə görə sonra peşman olacam, çünki həyatım boyu istənilən halda ailə söhbətindən istifadənin əleyhinə olmuşam. Parka qulluq edən bağbanın sığındığı budkanın ərazidən götürülməsinə, parkın Səbail İcra Hakimiyyəti tərəfindən salınması kimi həyasız bəyanata sussam da, sonuncu addıma susa bilmədim”.

Göründüyü kimi, sonuncu fikirləri ilə A.İsmayılov özü də etiraf edir ki, əndazəni aşır - qarşı tərəfə əxlaqa zidd  üsulla hücum edir.

Bəs bu adamı belə hərəkətlərə vadar edən nədir? Cəzasızlıq, psixoloji nasazlıq, yoxsa nə? Bu suala cavab vermək çətindir...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Zaur 2018-05-10 20:17:47

Azpolitika!öncəki şərhimi tam vermədiniz. Amma həmd olsun ki, xalqın gözü tərəzidi deyimi öz yerini tapıb şərh yazanların ifadələrində. Buraxın Aslan bəyin şalvarının ətəyini, abır həya və əndazə axtarışındasınızsa, sizə daha doğru ünvanlar deyim: Hakimiyyətdəki və m.məclisdəki məmurların 95%-i,Bakı Dövlət universitetindəki biabırçı "təhsil" (əslində rüşvət) sistemi (konkret misalla Tətbiqi Riyaziyyat fak. - dövlət imtahanına 5000 pul istəyənlər),"səhiyyə" (əslində isə dərman) sistemi və s. Vicdanla yazın!

Anar 2018-05-10 20:17:47

Aslan müellimin yazısında qeyri adi bir şey yoxdu ki.ş nəyisə aşsın. sualı özünə ünvanlasanız yaxşı olar sizi kim vadar eliyib yaxud da nə vadar eliyib Aslan müellimden yazırsız.

SUAL 2018-05-10 20:17:47

BU ADAMİN ƏLİNİN ƏMƏYİNİ ALİB, AÇAXİLAYİRLAR, BİNİN MUQABİLİNDƏ ELDAR ƏZİZOVU TƏRİFLƏMƏLİDİR? ƏKSƏR İHB HARİNLAMİŞ BİR QRUP BANDİT DƏSTƏSİNİ XATİRLADİR. NƏ SOZ DEMƏK OLMUR, NƏ DƏ QANUNA ƏMƏL ETMİRLƏR. SƏBƏBİ AYDİNDİR.AMMA NƏ VAXTA QƏDƏR BELƏ OLACAQ? ABŞERON RAYON İHB FƏRƏCOV RAYONDA SAHİBKAR RASİM CAVADOVUN 120 KVM TEXNİKİ TƏMİR MƏNTƏQƏSİNİ DAXİDİB, ƏMLAKİNİN TALANMASİNA ŞƏRAİT YARATMASİNA AY MİLLƏT QANUN CAVAB TAPA BİLMİR.HANSİ Kİ OBYEKT DOVLƏT MULKİYYƏTİNDƏDİR.NƏ ASLAN,NƏ ELDAR.ZAKİRƏ YAXİN DUŞMƏK OLUR?

Milli balta 2018-05-10 20:17:47

Rasim Əliyev O boyda televiziyada, mətbuatda baş verən söyüşlər, təhqirlər və s. sənin heç vecinə olmur nədənsə, bir jurnalist kimi, amma "aqressiv davranışlı", "əndazəni aşan" birinin adi bir statusuna bu qədər kəskin reaksiya verirsən. əslində bu yazı bir etiraf deyilmi ki, bir nəfərin facebook səhifəsi televiziyadan, bu qədər saytlardan daha çox izləyicilidir...

Kecmiw coban 2018-05-10 20:17:47

Hormetli professor Qulu muellimin seifenizde olan "BU HIYLE ADAMLAR,YALTAQ ADAMLAR" yazisi agil duasi kimi effekt vermedi deyesen .Axi Qulu muellim onu tezece yazmiwdi.

əli 2018-05-10 20:17:47

Bu köhmədən məmurların gedişlərindən birisidir .Gələn cavan razı olsa iki dovşanı məmur vurur həmi yer verir yaxşı oğlan olur həmidə Aslan müəllimi onlarla qabaq qabağa qoyub başından edir onları biri biri ilə düçmən edib özü yaxşı oğlan olur. Bu köhnədən məmur gedişlərindən biridir.Gələnlər ağıllı olublar .

Zaur 2018-05-10 20:17:47

Hər kəsin səbrinin bir həddi var yəqin ki ondan. Amma yerinə oturmuş məncə! Allah Bu ölkəni talayan və yaltaqlıq girdabına sürükləyənlərin cəzasını qiyamətə saxlamasın!

Mahir Əliyev 2018-05-10 20:17:47

Mahir əliyevin arqumentləri inandırıcı görünmür.Bunu böhtan kimi qiymətləndirirəm.

miri 2018-05-10 20:17:47

Müəllifə: Məmləkətdə hər addımda haqsızlıq, ədalətsizlik tüğyan edir.Bu işlərin hansınasa kiminsə adekvat cavabına niyə belə reaksiya verək? Bəlkə elə bu problemləri "istehsal edən konveyer"lə mübarizə aparaq. Bunu Siz yazarlar hamıda ki yaxşı bilir və görürsünüz.

X 2018-05-10 20:17:47

BU INSANI BUNA VADAR EDEN MEMURLARIN AT BELINE MINENDEN SONRA ETDIKLERI OZBASNALIQDI SIZ BU YETIMDEN NE ISTEYIRSIZ ESSEYE GUCUNUZ CATMIR PALANI DOYESDEYIRSIZ

Perviz 2018-05-10 20:17:47

Son zamanlar da müşahide edirem, Sizin sayt her fürsetde Aslan İsmayılovu exlaq normalarına sığmayan yazılarla tehqir edir. Bilmirem aranızda ne problem var amma ayıbdı. Elinizdeki imkanlardan istifade edib kimise tehqir elemek bütün işini gücünü buraxıb bir adamın üstüne düşmek, adamın facebukunı izleyib bir herf tapıb onu qaralamaq size yaraşmır.

Mayis Kazımov 2018-05-10 20:17:47

Aslan müəllimin yazısında təhqiramız fikir tapa bilmirəm.Əgər onun yazdığı kimidirsə.Rasim Əliyev bu yazını sifarişlə yazıb.

Bashirov Qarib 2018-05-10 20:17:47

A.İsmayılovu hamı mərd ,ədalətli,vətənpvər bir insan kimi tanıyir.O,haqsız ola bilməz.

G.M 2018-05-10 20:17:47

Çox hörmətli Az.Politika.info. Aslan İsmayılova qarşı çıxanlara hörmətlə yanaşmanız obyektivliyinizdən xəbər versə də.Prosesin istiqamətində A.İsmayılova qarşı kinayəli yanaşma,məqsədli tənqid ,aqressivlik Saytın ünvanına mənfi münasibətlər yaradır.Daha doğrusu haqqın üzərinə kölgə salmaq sizə yaraşmır.

Vəliulla 2018-05-10 20:17:47

Aslan nəyi düz deməyib? Hansı sirrləri açıb? Məqalədən bəlli olmur.

Son yazılar