Suriyada terrorçuların arasında 4 mindən çox rusiyalı var

“Rusiyanın 4 mindən çox vətəndaşı Suriyada terrorçuların sırasında döyüşür”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromoltov ATƏT-in antiterrora həsr olunan konfransında bildirib.

“Hazırda Rusiyadan gedib silahlı qruplaşmaların tərkibində döyüşən 4 mindən çox vətəndaşımızın işi hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Terrorçuların çoxu rusiyaəsilli olduqlarını bildirsələr də, onlar ölkəmizə qayıtmağa cəhd göstərmirlər. Onlar Rusiyada sərt və ədalətli cinayət təqibindən qaça bilməzlər”, - deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar