«ABŞ-a BEL BAĞLAMAYIN!» - Merkeldən Avropaya çağırış

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel çümə axşamı bəyan edib ki, Avropa müdafiə məsələlərində daha Amerika Birləşmiş Ştatlarına (ABŞ) bel bağlaya bilməz. O, Avropa ölkələrini öz talelərinə müstəqil nəzarət etməyə çağırıb.

«O vaxtlar ötüb keçdi ki, ABŞ sadəcə, bizi müdafiə edirdi. Odur ki, Avropa öz taleyini öz əlinə almalıdır. Gələcəkdə bizim vəzifəmiz məhz bundan ibarət olmalıdır» - deyə, Avropa KİV-i Merkeldən sitat gətirir.

Qeyd etmək lazımdır ki, kanslerin bu bəyanatı ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını elan etdikdən və Tehrana qarşı sanksiyaları bərpa etmək qərarı verdikdən sonra səslənib.

Bundan sonra Almaniyanın xarici işlər naziri Hayko Maas bəyan edib ki, Berlin İran atomu üzrə sazişi həm bölgə, həm də dünyada sülh üçün əhəmiyyətli hesab edir və onu qüvvədə saxlamağa çalışır.

Birgə hərtərəfli fəaliyyət planı (BHFP) 2015-ci ilin iyulunda beynəlxalq «altılıq» adlanan vasitəçilər (BMT TŞ-nın beş üzvü və Almaniya) və İran tərəfindən təsdiqlənib.

Saziş İranın nüvə proqramı üçün bəzi məhdudiyyətləri tətbiq edir. Buna əməl etməyin qarşılığında İran bir sıra sərt beynəlxalq sanksiyaların götürülməsinə nail olmuşdu. Sanksiyaların götürülməsi İran iqtisadiyyatının sürətlə inkişaf etməsi istiqamətində yaşıl işıq yandırırdı. İranın inkişafı isə İsrailin maraqları ilə toqquşur. Məhz bu səsbəbdən dolayı, beynəlxalq sionizm ABŞ-ın «düyməsi»ni basdı və Tramp ABŞ-ı verdiyi sözdən (öz imzasından) dönməyə məcbur etdi. Bu istiqamətdə Tramp ağıla gələn və gəlməyən hər cür bəhanələr gətirməkdən çəkinmədi.

Görüdüyü kimi, Merkel Trampın bu xüsusiyyətini incə qadın hissiyyatı ilə hamıdan qabaq duydu və Avropaya anlatdı ki, Trampa inanmaq olmaz - başınıza çarə qılın...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar