Atasını İsrailə müalicəyə aparan azərbaycanlı brilyant oğurladı

23 yaşlı azərbaycanlı turist mayın 9-da İsrailin Bat-Yame bölgəsində saxlanılıb. O, 900 min şekel (251 min dollar) dəyərində brilyantı oğurlamaqda ittiham olunur.

İsrail KİV-i xəbər verir ki, araşdırmalara əsasən, o, brilyantları Təl-Əvivdəki valyutadəyişmə məntəqəsindən oğurlayıb.

Hadisədən bir gün əvvəl valyutadəyişmə məntəqəsinin rəhbəri polisə müraciət edərək, brilyantla dolu kisənin oğurlandığını bildirib. Araşdırmaya başlayan polis təhlükəsizlik kameraları vasitəsilə oğrunun kimliyini müəyyən edə bilib.

Məlum olub ki, azərbaycanlı turist atasını müalicə üçün İsraildəki “İxilov” xəstəxanasına gətirib.

Saxlanılan şəxs dindirilib. O yaxın zamanlarda hakim qarşısına çıxarılacaq.(oxu.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar