Tehran nüvə sazişinin müddəalarını müzakirə etmək niyyətində deyil

Dərc olunub: 10/05/2018 - 23:41

tehranTehran nüvə sazişinin heç bir müddəası ilə bağlı müzakirə aparmaq niyyətində deyil, bu həmçinin müqavilənin müddətinə də aiddir. APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə İran hökumətinin bəyanatında bildirilir.

“On iki illik danışıqların predmeti olmuş Birgə Hərtərəfli Tədbirlər Planının heç bir müddəası və zaman çərçivəsinin heç bir şəkildə müzakirəyə ehtiyacı yoxdur”, – deyə İran hökumətinin saytında dərc edilmiş bəyanatda bildirilir.

Qeyd edək ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.








loading...


Fikrinizi bildirin