«İranın raket proqramını müzakirə edək» - Merkeldən Ruhaniyə təklif

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın kansleri Angela Merkel İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani ilə telefon danışığı zamanı maraqlı ölkələrin geniş dairəsini cəlb etməklə, İranın raket proqramının və Suriyadakı, Yəməndəki fəallığının müzakirə olunmasını təklif edib.

«Kansler həm də iştirakçı dövlətlərin geniş dairəsi cəlb olunmaqla, İranın raket-ballistik proqramı, eyni zamanda onun bölgədəki, o cümlədən, Suriyada və Yəməndəki fəallığı ətrafında danışıqlar aparılmasının tərəfdarı olduğunu bildirib» - deyə, nazirlər kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.

Ruhani ilə Merkelin telefon danışığı çümə axşamı - günün ikinci yarısında baş tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar