AZAL BORC İÇİNDƏ BATIR, AİLƏNİN BİZNESİ ÇİÇƏKLƏNİR! - "AZAL-ın borcu 1 milyarda çatıb"

"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Qəmzəyevanın Batumidə ümumi dəyəri 31 milyon dollar olan 100 otaqlı otel binası tikdirməsi barədə yayılan məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb.

Yerli mediada dərc olunan məlumatlara görə isə, Cahangir Əsgərovun prezidenti olduğu AZAL şirkətinin zərəri 1 milyard manatı keçib. İqtisadçı Qubad İbadoğlu özünü sonuncu "Facebook" statuslarından birində diqqəti bu təzada yönəldib. "AzPolitika" iqtisadçının yazısını təqdim edir:

"Gürcüstanın "NewsGeorgia" saytının yaydığı məlumata görə, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya" mehmanxanasının dəyəri 31 milyon dollardır. "Qloriya" şirkətinin 50,8 % payı "AZAL" prezidenti Cahangiz Əsgərovun həyat yoldaşı Z.Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovlara məxsusdur.

2016-cı lin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ən borcu 1 milyard dollara çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini AZAL-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub".

635x100

Şərhlər

qiyas 2018-05-11 01:26:26

belə insanları tez işdən göturmək lazimdir ki. ölkəmiz tez bir zamanda ciceklənsin.

Vaqif 2018-05-11 01:26:26

Ölkəmizdə büdcə yeyintiləri normaya çevrildiyindən bu adi halla razılaşmağa öyrəniblər.İcra hakimiyyətləri işi sahibkarlara gördürüb,büdcəni yeyir,nazir başqa yolla və sairə...Odur ki, dözmək tələb olunur.Döz ay millət!

Bilməzcə 2018-05-11 01:26:26

"Qloria" hoтelinin "Azal"a, Cahangir Əsgəriana və Azərbacan Maliууəsinə nə dəxli? Musss тaуfa var? Deуin, gosтərin? Şəffaf işə şaуiə aтmaуın! Əhalinin illərlə ala bilmədiуi qəpik-quruş pulları тoplum iri məbləgdə "bezvozvraтnı" SƏRMAУA kimi "Azal"a verdirən və verən "müdrik kişi"lərdən уazın. Digər SƏR KİŞİlər 400 milуonu "uçurub", belə hoтeli тikdirə bilməуiblər. Z. XANIMA bərəkAllah!

o.b.n 2018-05-11 01:26:26

haylar xaricdə işləyib haystana pul daşıyırlar bizim əbədi və əvəz olunmaz məmurlar isə xalqin pulunu xaricə daşıyırlar.Görəsən Antimilli ünsurlər kimdi.

emil 2018-05-11 01:26:26

Bu insan ... AZAL-da räsmi AZÄRBAYCAN dilini yasag edib.Sirketdä calisanlarin 99% Rus,yähudi,ermäni vä s.dir. Azärbaycanlilari täsatüfän tapa bilärsiz.... özüdä artur räsizadä kimi Azäri Türkcäsindä danisa bilmir

emil 2018-05-11 01:26:26

Kömrük, AZAL basa düsdük. Dövlät särhät komitäsinä bir söz deyän yoxdur. Xeyir olag göydän düsüblär? Bir necä il bunnan gabag Gürcüstana LKV (yük masini) kecärkän 3-tona yaxin Narkotik askarlanib. Bu cinayätä görä Dövlät särhät komitäsinin (naxcivanli) naziri mäsuliyyätä cälb olunub?

R-n 2018-05-11 01:26:26

...az yigib.2 milyarda catanda,neinki,ogurladigini,hetta Isa peygemberi carmixa cekmeyi de onun boynuna goyacaglar.....SOS var,subut da,HMO hara baxir?

Das 2018-05-11 01:26:26

Ona görə də müəllim 170, həkim 120, vətəninə canını verən zabit isə 600 manat maaş alır. Axşama kimi murguləyən deputat isə 5000 manat maaş alır. Qeyri türk əsilli canil sə milyonlarla. Hamısı biz vergi ödəyicisi belindən soyulur. Budurmu haqq ədalət¿???¿¿¿

EWDER 2018-05-11 01:26:26

ESAS INKIWFDU.BUNA WEREF ORDENI DUWUR.

yusif-1313 2018-05-11 01:26:26

NARAHATLİĞA ƏSAS YOXDUR.DÖVLƏTİMİZ ZİYANİN HAMİSİNİ BÜDCƏ VƏSAİTİ HESABİNA BAĞLAYAR

Oqtay 2018-05-11 01:26:26

Pambıq və fındıq əkib bu yeyintinin yerini bağlayacağıq .Əsas qazanmaqla varlı olmurlar əsas ağıılla xərcləyib varlanırlar.Belələrini əcnəbiləri rədd etməsək həmişə borclu olacağıq hec neft də kömək etməyəcək

NIYYET 2018-05-11 01:26:26

AMMA MENIM OQLUM DAGLARDA CICEY DERIR )))))) SABAHIN XEYIR EY AZERBAYJAN , JANIK HEC KIMI HERLEMIR.......

emil 2018-05-11 01:26:26

Dövlät Azal ücün yeni täyyarälär alir. Här il külli migdarda subsidiyalar ayirilir.Yanacag ona güzästlä verilir. Onunla belä Azalda satilan giymetler basga postsovet respublikalarina nisbeten hedden artig yüksäkdir.Kor-kor gör-gör cahangir vä arvadi dövlätin pulunu göyä sovurur.Bunu vezifesinnen kenarlasdirib äli Insanovun yanina göndärmäk lazimdir.Aparanda bir yollug ziyani, kecmis gackinkomu,abidi, sälim müslümovu vä basgalarinida aparin.

Qabil 2018-05-11 01:26:26

TALANÇILARDIRLAR XALQIN PULUNU OĞURLAYIB ÖLKƏDƏN MÜXTƏLİF YOLLARLA ÇIXARIB YATIRIRIAR BAŞQA ÖLKƏLƏRDƏ.

Sərnişin 2018-05-11 01:26:26

Bəs necə olmalı idi ki? Biletlər baha,amma borc? Gözəl iqtisadiyyatdır.Çox irəli getmişik.Nəzarətsiz öz baçına buraxılan idarə necə ola bilərdi ki? İndi məhsulunuzu götürün.

Son yazılar