Neftin qiyməti gələn il 100 dollara çata bilər - “Bank of America Merrill Lynch”

Oil Celebration“Bank of America Merrill Lynch” investisiya bankı bəyan edir ki, gələn il dünya bazarında xam neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.

“Report” bu barədə xarici mətbuata istinadən istinadən xəbər verir.

Bankın hesabatına əsasən, əmtəə birjalarında "Brent" markalı "qara qızıl"ın qiyməti bu il orta hesabla 70 dollar/barrel, gələn il isə 75 dollar/barel olacaq.

Bununla belə, “Bank of America Merrill Lynch”ın Əmtəə araşdırmaları müdiri Fransisko Blanç deyib ki, 2019-cu ilin II yarısında "Brent" neftinin 90, hətta 100 dollar/barrelə qədər bahalaşması riski var.

Hesabatda Venesuelanın xam neft hasilatında, İranın isə xam neft ixracında azalma ehtimalı da öz əksini tapıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar