İLYAS İSMAYILOV SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİ TANIMADI - Bəyanat

“Bu adamların nəzərəti altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin qələbəsini şübhə altına alır”

Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılov seçkilərin nəticələri ilə bağlı bəyanat yayıb. AzPolitika.info-ya daxil olan bəyanatda deyilir:

“Əziz həmvətənlərim!

Vətənimizin taleyində inkişafa, tərəqqiyə təkan verə biləcək seçki prosesi yekunlaşdı. Bu seçkilər nəticə olaraq cəmiyyətimizin vahidləşməsinə, vətandaşlarımızın dövlətinə olan güvənc hissinin artırılmasına gətirib çixarmalı idi. Daxilimizdə mövcud olan və ətrafımızda dolaşan  təhlükələri nəzərə alsaq bu bizə bir xalq olaraq çox vacibdir.

Həyatım boyu, fəaliyyət göstərdiyim bütün sahələrdə dövlət maraqlarını şəxsi maraqlarımdan üstün tutmuşam. Bir çox hallarda tapdalanmış, yeyilmiş haqqımdan dövlət və ictimai maraqlar naminə imtina etmişəm, amma şərəfim, ləyaqətim və vicdanım hesabına yox.

Bu gün də saxtakarlıq vasitəsilə yeyilmiş haqqımdan vaz keçməyə hazıram. Amma mənə öz halal səslərini verən insanların mənəvi təhqirinin yükünü öz üzərimə götürməyə hazır deyiləm və bəyan edirəm ki, mənim timsalımda məni dəstəkləyən insanlara sərgilənən münasibətin adı ən azı hörmətsizlikdir.

Cəmiyyətimizdə bir qrup insanlar var ki, öz varlıqlarını daim ictimai gərginlik yaratmaqda, ayrı-ayrı fərdləri sındırmaqda və bütövlükdə toplumu parçalamaqda  görürlər. Bu adamların nəzərəti altında keçirilən rüsvayçı seçki hətta səs çoxluğu ilə seçilmiş prezidentin qələbəsini şübhə altına alır. Deməli, bu hal da kimlərəsə lazımdır.

Bu sadaladığım qənaətimi nəzərə alaraq, seçkinin kütləvi qanun pozuntuları ilə keçdiyini və bunun da nəticələrə ciddi kölgə saldığını elan edirəm.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar