NAZİRİN XALASI OĞLU İTV-nin RƏHBƏRİ OLDU - Cəmil Quliyevin səlahiyyətlərinə xitam verildi + DOSYE/FOTO

İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Bu barədə İTV-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, C.Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Məsələ ilə əlaqədar açıqlama verən Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib: “Ona görə də belə qərara gəldim ki, bundan sonra yalnız mədəniyyət, incəsənət və elm sahəsində, habelə ictimai fəaliyyətimi davam etdirim və nəzərdə tutduğum planları həyata keçirim.

Mən İTV-nin baş direktoru vəzifəsində göstərilən etimada görə, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, İTV Yayım Şurasının üzvlərinə, televiziyanın kollektivinə təşəkkür edir və onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

Onu da deməyi özümə borc bilirəm ki, hansı sahədə çalışmağımdan asılı olmayaraq, həmişə cənab Prezidentin sadiq əsgəri olacağam, Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına bacardığım töhfəni verməyə çalışacağam”.

Unikal.org-un əldə etdiyi məlumata görə, B.Qasımov Vergilər Naziri Mikayıl Cabbarovun xalası oğludur.

B. Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilmişdir.

2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

635x100

Şərhlər

anar 2018-05-11 16:34:20

ÖLKƏNİ KOLXOZ BAZARINA DÖNDƏRİBLƏR.

Xaloglu 2018-05-11 16:34:20

Sizin camaatin xaloglusuyla ne isiniz var oz xaloglunuz islemir deye paxilliq elemiyin

Ceyhun 2018-05-11 16:34:20

Qohumbazlıq davam edir.Deməli dəyirman bildiyini edir.Deyilənlər boş sözlərdir.Amma belə səlahiyyətli şəxslərin boş, lağ-lağı sözləri insanları düşünməyə vadar edir.Sanki ölkədə mütəxəssis tapılmır.Mütləq savadsız, təcrübəsiz də olsalar iş önəmli deyil.əsas qohumlardır.Fəlakət!

t.ədalət 2018-05-11 16:34:20

Kaş,bu xalaoğlular Qarabağ cəbhəsində də belə fəal olaydılar.

ayzek 2018-05-11 16:34:20

BU XALOĞLU DA DEYƏSƏN ŞTO,QDE,KOQDA,SKOLKO? VERİLİŞİNDƏN GƏLİB.CƏMİLİ DƏ Kİ YƏQİN AVROVİZİONDAKI "QƏLƏBƏMİZƏ" GÖRƏ VURDULAR.

omer 2018-05-11 16:34:20

Mahni musaqibesinde temsilcimiz finala cixa bilmediyine goremi deyisiklik edildi?ya tesedufmi?

Son yazılar