MİDA-nın ŞÜBHƏLİ "RİSK" ƏMƏLİYYATI - Agentlik "çökən" sistemi 15 evin puluna alıb! 

"MİDA-nın güzəştli mənzil satışında uğursuzluğa əsas səbəb olan, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün "RİSK" şirkətinə 260 min manat vəsait ayrılıbmış". "AzPolitika.info"nun məlumatına görə, belə sensasiyalı açıqlama ilə informasiya texnologiyaları mütəxəssisi Osman Gündüz çıxış edib.

Lakin hələ bu da son deyil. O.Gündüzün bildirdiyinə görə, MİDA-nın sirli "RİSK" şirkətinə ödədiyi pulun ümumi məbləği 700 min manatdan artıqdır.

"Hələ üstəlik “Güzəştli Mənzil” informasiya sisteminin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması üçün də MİDA bu şirkətə əlavə olaraq 500 min manat vəsait ayırıbmış.

Düşünürəm ki, bu qədər vəsaitlə nəinki sistemin çökməsinin qarşısını almaq, hətta daha bir alternativini yaratmaq, alternativ kanallar əldə etmək, bir neçə səviyyəli İT support təmin etmək, nüfuzlu mütəxəssisləri, İT qurumları dəvət eməklə, sistemin dayanıqlığını test etmək olardı. Baş verənlər göstərir ki, sistemin dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün atılan addımlar yetərli olmayıb" - O.Gündüz bildirib.

Xatırladaq ki, Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksindəki 260 ədəd mənzili satışa çıxarıb. Mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib. “Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı”, – deyə, adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb. Saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub. MİDA problemi saytın hədsiz yüklənməsi nəticəsində yaranmış texniki problemlə əlaqələndirib.

Belədə sual yaranır ki, “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün "RİSK" şirkəti ilə ümumilikdə 760 min kimi (Təxminən 12 üçotaqlı, 15-17 ikiotaqlı evin dəyəri-red.) çox bahalı müqavilənin qarşılığında MİDA niyə keyfiyyətli xidmət ala bilməyib?

Mütəxəssisin yuxarıdakı açıqlamasından da göründüyü kimi, MİDA-nın təkcə mənzil satışı yox, həm də “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması, həmçinin sistemin proqram təminatı üçün lisenziyaların və İT xidmətlərinin satın alınması əməliyyatları da çox böyük şübhə doğurur.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Duzgunlukden xeberi olan var ??? 2018-05-11 22:02:05

Mene deyendeki Azerbaycanda seffaf online ev alqisi olacaq inanmadim. Belede oldu. Cox sagolsunlar yene oldugu kimi vetendaslarin hissleri ile oynayib qeyri seffafliq elediler. Eger men selahiyyet sahibi olsaydim Mida MMC-nin rehberliyinin deresine saman sepdirerdim. Bilmeliydilerki nufuzlu, Respublikada nomren 1 olan qurumun adini alcatmazlar!!! Neise yenede nefisleri qanunun aliyine qalib geldi.

Fayıq 2018-05-11 22:02:05

MIDA-da güzəştli mənzil almaq məqsədi ilə tələb olunan sənədləri toplayıb ASAN xidmətin komunal bölməsinə təqdim etdim elektron kabinet acdım.MİDA-ya mən yazdım kişəffaflığı təmin etmək məqsədi ilə ərzələrin yazıldığı tarix və vaxta görə növbə yaradılmalıdır"ilkin gələnə ilkin xidmət" göstərilmədi Sanki düşünülmüş şəkildə növbə yaradılmadı. 07 05 2018-ci il tarixdə saat 10-dan 15 kimi kabinetə daxil ola bilmədim Ərizənin yazıldığı tarix və vaxta görə növbə yaradılsın Şəffaflıq təmin edilsin

semed 2018-05-11 22:02:05

Bunlar niyə camaata məlumat vermirlər? Demək istəyirlər ki biz heç kimi saymırıq.

Famil 2018-05-11 22:02:05

Yəqin bir sürü..... ora da yığıblar fırlatmağa milləti.

Müsтəbid 2018-05-11 22:02:05

Bakı dünуanın ƏN İBARƏLİ xərclər dovləтinə çevrilib. İri məbləgli hər laуihə və xərc adəтən "Dünуada уekəm!" şüarından qeуri heç nəуə bənzəmir! Uуgun işlərdə movcud qurum və heç bir (novbə və s.) ənənə nəzərə alınmır. Тəbii ki, belə xərclərə уalnız bir-iki şəxsin səlahiууəтi var. Gorünür, qalan əтraf da Ermənisтana züу тuтanlardır?

miri 2018-05-11 22:02:05

Son 25 ildə hansı dövlət strukturu millətə xeyir verən nə isə təklif edib? Olmayıb və bu hakimiyyət dönəmində olmayacaq da. İndi MİDA dan bunu gözləmək sadəlövhlük olardı .

EWDER 2018-05-11 22:02:05

HAMISI BOW WEYDI.

Sakit 2018-05-11 22:02:05

MEN BIR IL BUNDAN QABAQ GUZESHTLI MENZIL NOVBESINE DURMUWDUM. FI RLEWDIM KI, MENIM DE OZUMUN EVIM OLACAQ. LAKIN MIDA-nin IWCILERI BUNA IMKAN VERMEDI.MENIM 7O YAWIM VAR. MEN BU QANUNSUZLUQ HAQQINDA CENAB ILHAM ELIYEVA MURCIET EDIREM.

Veteran 2018-05-11 22:02:05

Mene ele gelir ki, baw vermiw bu qaranliq meseleye wexsen Cenab Prezident munasibet bildirmeli, ve muvafiq orqanlara bu iwi arawirmagi tapwirmalidir. Wexsen bizim ailemizde de bu menzilleden almaga novbeye yazilan var idi. Siyahida texminen 100 cu yerde olan bir namized kimi 100% menzil alanlarin sirasinda oldugumuz halda bele bir biyabirciliq baw verdi. Prezidentimizden bawqa bu iwin arawdirilmasinda hec kim maraqli deyil. Cunki memurlarimizin nece fealiyyet gosterdiyini hamimiz yaxwi bilirik.

Son yazılar