"İtkin düşmüş alpinistlərin axtarışları davam edir" - FHN

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar