Türkmənistanda 77 ilə başlayan avtomobil nömrələri qadağan olundu

Türkmənistanın Balkan və Daşoğuz vilayətlərində avtomobil sahiblərindən 77 ilə başlayan nömrələr yığılır. Gözlənildiyinə görə, “gözəgəlimli” nömrələrə qadağa may ayının sonuna kimi bütün ölkə ərazisinə şamil olunacaq.

Virtualaz.org “Azadlıq” radiosuna istinadla xəbər verir ki, ötən həftə ərzində Balkan vilayətində nömrələri 77 ilə başlayan bütün maşınlar saxlanılıb və cərimə meydançasına yerləşdirilib.

“Daşoğuz şəhər yol polisinin müfəttişinin mənə bildirdiyinə görə, 77 ilə başlayan nömrələrdən bundan sonra yalnız Arxadağın (ölkə prezidentinin) qohumları istifadə edə biləcək. Belə ki, bu yaxınlarda müfəttişlətrdən biri prezidentin yaxın adamının maşınını saxlayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən daxili işlər naziri İsgəndər Mulikova töhmət verilib”, - mənbə bildirir.

Qeyd edək ki, aprelin 27-də Qurbanqulu Berdıməhəmmədov daxili işlər nazirinə ciddi töhmət verib. Rəsmi xronikada bildirildiyinə görə, töhmətə səbəb “vəzifə səlahiyyətlərinin qeyri-qənaətbəxş icra edilməsi” və “tabeliyində olan orqanlara nəzarətin zəifliyi” göstərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar