“Təl-Əviv və Hayfanı məhv edərik!” – İrandan TƏHDİD

Dərc olunub: 11/05/2018 - 23:22

israil iran“İsrailin İrana ağılsızcasına bir hücum edəcəyi təqdirdə, Tel-Əviv və Hayfa məhv ediləcək”.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İranın dini liderlərindən olan ayətullah Əhməd Hatəmi deyib.

Xatırladaq ki, İsrail ötən gecə Suriyada İranın onlarla hərbi obyektinə zərbə endirib. Zərbələrin cavab xarakteri daşıdığı bildirilir. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, İranın “Qüds” briqadasına aid Dəməşqin şimalında yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər mövqeləri bombardman edilib.

Məlumatda vurğulanıb ki, Qolan ərazisini “Qrad” və “Fəcr-5” raketləri ilə atəşə tutan maşınlar da məhv edilib.

Rəsmi Təl-Əviv hücumdan öncə Rusiyanı xəbərdar etdiklərini bildirib. Suriya rəsmiləri isə ölkə ərazisinə atılan raketlərin böyük hissəsinin məhv edildiyini açıqlayıblar.

Daha əvvəl isə İranın tabeliyi altından olan qüvvələrin Suriya ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket zərbələri endirdiyi barədə informasiya yayılıb. İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Konrikusin sözlərinə görə, hücumu “Qüds” briqadası təşkil edib.

O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz” hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını aldığını bildirib.

İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Suriyadakı bütün infrastrukturun bombalandığını bildirib.

“Ümid edirəm ki, bu hissə başa çatıb”, – nazir deyib.

Liberman İranın atdığı heç bir raketin İsrailin nəzarəti altında olan ərazilərə düşmədiyini vurğulayıb.








loading...


Fikrinizi bildirin