Cəmil Quliyev rektor təyin olunacaq?

İctimai Televiziyanın sabiq baş direktoru Cəmil Quliyev Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin oluna bilər. Bu barədə "AzPolitika"ya Universitetdəki mənbə bildirib.

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının dünənki iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Dünən həmçinin Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanın dəyərli ziyalısı Şirməmməd Hüseynovun qızı Fərəh Əliyeva dövlət başçısının imzaladığı digər sərəncamla Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Cəmil Quliyev Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

V.Nəsibov

635x100

Şərhlər

Səidə 2018-05-12 19:11:33

Cəmil müəllim kimi istedadlı, mədəni bir insan rektor təyin olunarsa, bu təyinatdan Azərbaycan xalqı udmuş olar. Çünki belə təmiz, saf kadrlara çox ehtiyac var. Kaş ki, bu informasiya düz ola.

Son yazılar