“Qarabağ müharibəsinin başlanması ehtimalı çox azdır” - İran səfiri

İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bəyanat verərək Qarabağ ərazisində müharibə başlayarsa, üçüncü dövlətlərin müdaxiləsinin bütün regionu təhlükə altına qoyacağını bildirib. Bu haqda AzPolitika.info Ermənistanın “Lragir.am” saytına istinadən xəbər verir. Səfir deyib ki, İran həmişə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında barışıq münasibətlərinin olmasını dəstəkləyib. Ona görə də, ölkənin mövqeyi regionda "sülhməramlılar"ın qarşısının alınmasında mühüm rol oynamışdır. Görünüşə görə, İran təsir etmə gücünə malikdir və “regionda təhlükə” haqqında bəyanat verərəkən də, onun bu yöndə ehtiyyat planı olduğunu da biruzə vermiş olur.

Erməni nəşri qeyd edir ki, İran səfiri daha bir əhəmiyyətli bəyanat verib. Belə ki, səfirin sözlərinə görə, İran Naxçıvan və Ermənistan sərhədində heç bir hadisə baş verə bilməz.

Bu bəyanatı isə ermə nəşri belə şərh edir: “İran səfirinin sözlərinə görə bu o deməkdir ki, İran Naxçıvanı özünün cavabdeh olduğu ərazi hesab edir və əmin edir ki, regionda gərginlik olmayacaq. Məhz ona görə də səfir qeyd edib ki, Naxçıvanda Türkiyəyə məxsus heç bir hərbi bölmə yoxdur”.

Bundan əlavə İran səfiri regionda müharibənin başlaması üçün hələ ki heç bir zəmin olmadığını deyərək, əslində Ermənistanın gərəksiz qorxuya qapıldığını bildirib.

Erməni politoloqları İran səfirinin bu cür bəyanatlarla çıxışını İran-Ermənistan münasibətlərinin yeni mərhələyə keçməsi üçün İran tərəfindən təklif kimi dəyərləndirirlər. Çünki İran Ermənistanla münasibətlərin yeni mərhələyə keçməsi üçün Ermənistanın təhlükəsizliyinə dair təminat da verməyə hazırdır.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar