ABŞ-ın Suriyaya endirdiyi aviazərbə nəticəsində 4 uşaq və 5 qadın ölüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın El-Hasaka əyalətinə endirdiyi aviazərbə nəticəsində 9 dinc sakin ölüb

APA-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, zərbə El-Hasaka şəhərindən cənub-şərqdə yerləşən Hidaj kəndinə endirilib. Yerli televiziyanın məlumatına görə, raketlərin fərdi evlərə dəyməsi nəticəsində 4 uşaq və 5 qadın ölüb.

Qeyd edək ki, mayın 1-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın El-Hasaka əyalətindəki Əl-Fadel yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 25 dinc sakin ölüb. Bundan bir gün əvvəl isə koalisiyanın Hama əyalətinə endirdiyi zərbə nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar