"Azər Xanlaroğlu hamımıza söz vermişdi..." - Qənirə Paşayeva

"Onu çox tez itirdik. Ailəsi,hamımız əlimizdən gələni etməyə çalışdıq ki yaşasın amma özü getmək üçün tələsdi. Bu gün bu ağır xəbəri eşidəndə Bakıdan uzaqda olsam da özümü çatdıra bildim. Axşama doğru Azər qardaşımızın əziz anası, gözəl bacımızla, əzizləri ilə 2 saata yaxın söhbət etdik, acılarını paylaşmağa çalışdıq. Azər çox istedadlı bir aşıq idi. Dünyadan Azər kimi çox tez ayrılmış atası kimi bu sənət üçün doğulmuşdu. Onun ifasında "Ruhani" bir başqa idi. Hamımıza söz vermişdi. Sağlamlığına diqqət edəcəkdi, xəstəliklə mübarizə aparacaqdı, yaşaması üçün əlindən gələni edəcəkdi... Özündən sonra onu hər zaman xatırladacaq gözəl ifalar qoyub getdi. Aşıq sənətimiz üçün böyük bir itkidir. Nur içində yat əziz qardaşımız. Allahdan sənə rəhmət, gözəl ailənə səbr diləyirik."

Qənirə Paşayeva, millət vəkili

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar