ANAR MƏMMƏDOVUN HADİSƏ ÜÇÜN ALDIĞI PLYAJ DAĞIDILDI – FOTOLAR

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı plyaj dağıdılıb.  AzEuroNews.com xəbər verir ki, hadisə Türkiyənin Bodrum şəhərində qeydə alınıb.

Müğənni Hadisəyə aid “La Plaj”  məhkəmə qərarı ilə dağıdılıb. Səbəb isə, plyajın qanunsuz salınması olub.

Belə ki, plyaja aid sənədləri məhkəməyə təqdim edə bilməyən Hadisənin “La Plaj”ı verilmiş müddət başa çatdığından dağıdılıb.

Türk mediasının yazdığına görə, hadisənin “La Plaj”ı müğənni həmkarı Hande Yenerin Bodrumdakı obyekti ilə rəqabətdə imiş. Bu olayın ardından jurnalistlərə açıqlama verən H.Yener ironiya ilə bildirib ki, oraların sahibi odur: “Başqaları obyekt açıb bilirsiniz. Amma, buraların sahibi mənəm”.

AzEuroNews.com-un əldə etdiyi özəl məlumatda deyilir ki, “La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, işadamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış.  2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub.

İş adamı Anar Məmmədovdan “La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb.

Əldə etdiyimiz məlumata görə ümumiyyətlə, “La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə “La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə otelinin olduğu deyilir.

635x100

Şərhlər

alı 2018-05-13 12:37:19

Bu məqalənin müəllifinə müraciət edirəm: - ədəbi dilimizdə "Plyaj" sözü yoxdur!!! "Çimərlik" sözü var!!! Siz nə vaxt düzələcəksiniz ay "JURNALİST"lər?! O ki, qaldırdığınız mövzuya,ola bilsin ki,belə bir hal baş verib. Sabah o Anar (və anarkimilər...) sizi məhkəməyə verərsə, Siz özünüzü hansı sənədlə müdafiə edəcəksiniz?!

Bəhram Qarabağlı 2018-05-13 12:37:19

Rising fiтri isтedadın dogru isтifadə уolunu gosтərib.

cəngərlik sakini 2018-05-13 12:37:19

"Hər xalqa özünə layiq rəhbərlər qoyduq"

ewder 2018-05-13 12:37:19

esas inkiwafdu.

oxucu 2018-05-13 12:37:19

Allah bunların bəlasını versin. Xalqın malını-pulunu dağıdıb kef edirlər.

vətəndaş 2018-05-13 12:37:19

Xalqın malını zəbt edənlərin heç birinin axırı olmayıb.....?

Əkəddin 2018-05-13 12:37:19

Hayla gələn,vayla gedər.

Mehdi 2018-05-13 12:37:19

Ele bu anardi nedi bilmirem,bu hadisenin bir tayidi....Azrrbaycanda cox cox aileler var inaninki derman almaqa hekime getmeye imkani yoxdu.Elece usaqi gozlerinin qabaqinda eriyib yox olurlar.Olkenin bunlar daqidib aparib oz ..... oxsayanlara yedirdirler.Bunun dedesinim çəkdiyi Baki Qazax yolu artiq daqilmaq uzredir Yollara ayrilan pullarin hec 30 faizi o yollara xerclenmeyib.Qizara qizara daqidib apariblar.Nece de sifetleri ..... sifetlerine oxsayir.

Rising 2018-05-13 12:37:19

boş uуdurmalar və şüarların gipnozuna qapanmışıq. Anara ən ciddi hüquqi işləri-Xarici siуasəтi тapşırmaq lazımdır.

Oqtay 2018-05-13 12:37:19

Bədbəxt ölkəm səndə gəlib pul oğurlayıb varlanıb gedib bütün dünyanın avaralarına xərcləyirlər öz vətənində öz yerlilərinə xərcləməyi özlərinə ayıb sayırlar bu öğru .............

Son yazılar