Cəlilabadda traktor minik maşını ilə toqquşub

Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, yük daşıyan qoşqulu traktor ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində minik maşınının 1964-cü il təvəllüdlü sürücüsü Cəfərov Təzəxanın ayağı qırılıb.

Yaralı yaxınlıqdakı insanların köməkliyi ilə avtomobildən çıxarılıb və ağır vəziyyətdə "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

Qəza zamanı traktordakı yük yol kənarına dağılıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar