Lüis Hemilton Azərbaycandan sonra İspaniya Qran-prisində də qalib olub

Lewis-Hamillton"Mercedes" pilotu Lüis Hemilton İspaniya Qran-prisinin qalibi olub.

"Report"un məlumatına görə, finişə 1 saat 35 dəqiqə 29,972 saniyəyə çatan böyük britaniyalı idmançı ən yaxın izləyicilərindən finlandiyalı komanda yoldaşı Valtteri Bottası və "Red Bull"un holland sürücüsü Maks Ferstappeni üstələyib.

Daha əvvəl Azərbaycan Qran-prisinin qalibi olan Hemilton 5 yürüşdən sonra 95 xalla liderdir. İkinci pillədə 78 xalla "Ferrari"nin almaniyalı pilotu Sabastyan Fettel qərarlaşıb. Fettel İspaniya Qran-prisində 4-cü yeri tutub. Bottas 58 xalla üçüncü olub.

Növbəti Qran-pri 25-27 may tarixlərində Monakoda keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar