NAZİRİN XALASI OĞLUNUN TƏYİNATINDA MÜƏMMA – İTV-nin direktoru vəzifəsinə müsabiqə elan edildi

Dərc olunub: 14/05/2018 - 16:04

balakiBalakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
O bildirib ki, MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə müsabiqə elan edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər sənədlərini 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək MTRŞ-ya təqdim etməlidirlər.

Qeyd edək ki, ötən həftə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının yaydığı məlumatda Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçildiyi bildirilib.

 B.Qasımov Vergilər Naziri Mikayıl Cabbarovun xalası oğludur. Qasımov 1978-ci ildə Bakı şəhərində anadan olub. Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri işləyib. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilmişdir.

2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

***
mtrshMilli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Şuradan “Report”a verilən məlumata görə, müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:

– Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;

– Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına (Ünvan: Bakı şəhəri, Nizami küçəsi 145, Əlaqə: 012 598 36 59) təqdim etməlidirlər:

1.Ərizə

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Əmək kitabçasının surəti

4.Tərcümeyi-hal

5.Kadrların şəxsi uçot vərəqi

6.Ali təhsil haqqında dövlət sənədi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra “İctimai Televiziya və Radio Yayımı haqqanda” Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim ediləcək.

Qeyd edək ki, mayın 11-də İTV açıqlama yayaraq Balakişi Qasımovun İctimai Televiziya və Radio Yayımları şirkətinə baş direktor seçildiyini bəyan edib.


loading...




Fikrinizi bildirin