Hesablama Palatası DSMF-ni yoxlayır! 

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.

Hesablama Palatası "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı"na uyğun olaraq həyata keçirilir", - deyə məlumatda vurğulanıb.

Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.

635x100

Şərhlər

Hərbi təqaudçu Eldar 2018-05-14 18:13:36

Görəsən nahaqdan kəsilmiş xidmət illərinə görə faizlərimiz qaytarılacaq, 3 faizi 2 faizlə əvəzləndi və 01.07.17 tarixə pensiya hüqüqü əldə etmiş lakin bu barədə müraciyyət etmiyib vətəninə xidmət edən hərbiçilərin pensiyası nə səbəbə yeni qanunla hesablanır.Axı qanunun geriyə quvvəsi yoxdur. Hesablama palatası bu məsələyə diqqət yetirsə yaxşı olar.Çünki orada olan xidmətdən başları çıxmayan məmurciklər biz hərbiçiləri adam yerinə qoymurlar.

Son yazılar