İstanbulda İsrail və Amerika əleyhinə çoxminlik etiraz aksiyası keçirilir

Türkiyənin İstanbul şəhərində bir neçə min insan İsrailin Qəzza zolağında 52 nəfərin ölümü ilə nəticələnən hərəkətlərinə qarşı etiraz aksiyası keçirir.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü yerli NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, nümayişçilər İstanbulun mərkəzinə toplaşıb və İstiqlal küçəsi və Taksim meydanı ərazisində yürüş keçirirlər. Onlar əllərində Fələstin bayrağını tutaraq İsrail və Amerika əleyhinə şüarlar səsləndirirlər. Polis aksiyanın keçirilməsinə maneəçilik törətmir, lakin Taksim meydanı bağlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar