“Get, çiyələk ək, kartof becər, efirdə nə işin var?” – Seymur Verdizadə

Tanınmış jurnalist Seymur Verdizadə bu gün Space TV-də efirə gedən “Yerimdəyəm” verilişinin qonağı olub. Əməkdar artist Çingiz Əhmədovun təqdim etdiyi veriliş şok açıqlamalarla gündəmə öz möhürünü vurub.

Telekanallarda efir mədəniyyətinin müzakirə olunduğu verilişdə tənqidi fikirlər səsləndirilib. Jurnalist Seymur Verdizadə deyib ki, təsadüfi adamların efirə yol tapması telekanalların nüfuzunu aşağı salıb: “Şəxsən mən sarımsaq, soğan yeyib efirə gələn adamlar görmüşəm. Bir dəfə efirə çıxan şəxs elə bilir ki, Azərbaycanda ondan ağıllı adam yoxdur. Halbuki, belə deyil. Azərbaycanda məndən yüz dəfə yaxşı jurnalist var. Azərbaycanda Aşıq Namiqdən, Aşıq Mübarizdən iki yüz dəfə yaxşı aşıq var. Biizm ölkəmizdə Elariz Məmmədoğludan üç yüz dəfə yaxşı müğənni var. Tale elə gətirib ki, biz digər həmkarlarımızla müqayisədə efirə daha çox çıxırıq. Ona görə yox ki, hamıdan ağıllıyıq. Həm də ona görə ki, ağıllı adamların daha vacib işləri var. Efirə tez-tez çıxmağımız, populyar olmağımız bizdə arxayınçılıq yaratmamalıdır. Əksinə, bu, bizim məsuliyyətimizi daha da artırmalıdır. Başa düşməliyik ki, ekran qarşısında əyləşən şəxslərin arasında bizdən yüz dəfə ağıllı, savadlı adamlar var”.

S.Verdizadə deyib ki, televiziya aparıcıları dostbazlıq, qohumbazlıq edir, şəxsi münasibətləri əsas götürərək öz verilişlərinə savadsız, səviyyəsiz adamları dəvət edirlər: “Adam var ki, efirdə ayağını ayağının üstünə aşırıb oturur. Adam var ki, efirdə qarnını qaşıyır, burnunu qurdalayır. Əgər sən bir saat özünü idarə edə bilmirsənsə, efirdə nə işin var? Xaçmazda çiyələyin bir kiloqramı 4 manatdır. Get, çiyələk ək, kartof becər”.

Jurnalist bildirib ki, savadsız, səviyyəsiz adamlar efirdə xalqa dərs keçməkdən çəkinmirlər. S.Verdizadə deyib ki, ən böyük mədəniyyət insanın susmağı bacarmasıdır: “Özünü ekspert hesab edən adamların çoxu müzakirə olunan mövzu barədə məlumatsız olurlar. Amma buna baxmayaraq, dil-boğaza qoymur, təkcə ağıllarına deyil, həm də ağızalarına gələni danışırlar. Efiri bu adamların üzünə qapatmaq lazımdır. Hər kəs öz işi ilə məşğul olmalıdır”.

Verilişin digər qonağı Aşıq Əhliman jurnalistlə həmrəy olduğunu deyib. Aşıq Əhliman qeyd edib ki, Azərbaycan tamaşaçısı ağıllıdır, savadlıdır. Onu aldatmaq istəyən şəxslər özlərini gülünc vəziyyətdə qoyurlar.

635x100

Şərhlər

Kərimova 2018-05-14 23:03:25

Seymur Verdizadə həm kəskin qələmi ilə,həmdə əsl Azərbaycanlı kişisinin cəsarəti ilə həmişə sözünü deyib.Seymur Verdizadə həqiqi jurnalistdir.APİ-ni,AZİ-ni,Əczaçılığı qurtarıb jurnalist olmayıb.O,Azərbaycanın ilk Milli Qəhrəmanı Kazımağa Kərimov kimi Bakı dövlət Universitetinin jurnalistika fakultəsinin məzunudur.

cavab 2018-05-14 23:03:25

Kişi düz deyirdə.

SUAL 2018-05-14 23:03:25

ŞƏXSƏN MƏN BELƏ CURNALİST TANİMİRAM.HƏRCƏND Kİ GUNDƏLİK EFİRLƏRİ İZLƏYİRƏM. BƏS GORƏSƏN BİNİ KİM TANİYİR?

--- 2018-05-14 23:03:25

O o o. Cox sevindim. Azərbaycanda belə ağıllı düşünən , mədəni jurnalistlər var imiş. Təşəkkürlər.

Son yazılar