CAR İsraildəki səfirini geri çağırdı - "İsrailin qəddar təcavüz aktını ən qəti şəkildə pisləyirik"

Cənubi Afrika Respublikası (CAR) Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsraildəki səfirini geri çağırıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.

“İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb”, deyə nazirliyin rəsmisi qeyd edib.

O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.

635x100

Şərhlər

Bəhram Qarabaglı 2018-05-14 23:36:01

Cənab ALQIŞ bəу, Cənubi Afrika dovləтinin əlahiddə-müsdəqil-prinsipial siуasəтini alqışlamaq Azərbaуcan və məbuaтı üçün diriliş dovrünə çevrilə bilər? Müdhiş Daуanıqlı Уolçu Xəriəsi olsa da, hüquqi iddialı уek və ardıcıl Qarabag siуasəтi heç də gorünmür?

Son yazılar