Türkiyə Qəzzadakı hadisələrlə bağlı 3 günlük matəm elan edib

ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.

"Report" Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankara həmçinin ABŞ və İsraildəki səfirlərini geri çağırıb.

Qəzza zolağında İsrail hərbçiləri ilə baş vermiş toqquşmalar nəticəsində 55 fələstinli ölüb, daha 3 mini nəfərə yaxın insan isə yaralanıb.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-05-14 23:48:52

Тürkiуənin тarixi Səlib уerində уerli insanların уadlar tərəfindən qanına boуanmasına maтəmi gozləniləndir! Bəs, bu "qanlı işgal baуramı"nı sivil adlanan hansısa Dünуa(BMТ, AvrAsia, Ərəb), Avropa(Aİ, AТƏТ, AŞPA, NAТO) qurumları pislədimi???

Son yazılar