Ağ Ev Qəzzadakı qətliama haqq qazandırıb - Dövlət terrorunu dəstəkləyir

ABŞ Qəzza zolağında baş verən toqquşmalar zamanı həlak olanların məsuliyyətini HƏMAS daşıdığnı bildirən məsuliyyətsiz bəyanat verib. Müsəlmanların qanının axıdılmasına şərait yaradan  ABŞ hökuməti işğalçı İsrailin burada dinc əhalini qırmasını dəstəkləyib. Ağ Evin bəyanatında deyilib ki, Qəzza zolağında baş verən kütləvi iğtişaşlar barədə məlumatlıyıq : "Bu hadisələrə görə birbaşa məsuliyyəti HƏMAS daşıyır. ABŞ dövlət katibinin dediyi kimi, İsrailin özünü müdafiə etmək haqqı var”.

Göründüyü kimi, beynəlxalq hüquqa tüpürən ABŞ hökuməti açıq şəkildə dövlət terrorunu dəstəkləyib.

Qeyd edək ki, son məlumata görə, Qəzza zolağında işğalçı İsrail hərbçilərinin atəşi nəticəsində 52 fələstinli ölüb, 2410 nəfər isə yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar