SABİQ NAZİRİN MİLYONLUQ YENİ VİLLALARI ÜZƏ ÇIXDI - FOTOLAR

Keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda milyon manatlarla qiyməti olan 2 yeni villası üzə çıxıb. Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu Varovski qəsəbəsində olan villalarından biri 5 mərtəbəli, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villası isə 2 milyon manata tikilib.

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun həmin villalarının fotolarını təqdim edirik:

635x100

Şərhlər

Yashar 2018-05-15 14:52:56

Hokumətin bunlardan xeberi yoxdur. Bilselər hamısını heps ederlər

Nağı 2018-05-15 14:52:56

KRAL SARAYLARINA OXŞAYIR HAMISI. XALQIN MİLYARDLARINI YOX TRİLYONU VİCDANSIZ MƏMURLAR ATIBLAR. ONLAR YƏQİN Kİ BİZDƏN DEYİLLƏR. BİZDƏN OLSA İDİLƏR PİS GÜNDƏ YAŞAYASN MİLLƏTİNƏ BELƏ QƏSD ETMƏZDİRLƏR.

şəkidən 2018-05-15 14:52:56

Belə Villalardan bizim icra başçımız elxan usubovun Villaları yaxşıdır,qiymətlidir........................?

maksimus 2018-05-15 14:52:56

Villanın görüntülərindən məlum olur ki,bu tikiliyə ürək dolusu pul xərclənib.Nazirin villada yaşaması normal haldır.Dövlət korrupsiyaya qarşı mübarizə aparırsa həmin villaların kimlərə məxsus olmasını və nə qədər pul xərclənməsini,həmçinin həmin pulların mənbəyini dəqiqləşdirməsi kifayətdir.Bu da heç vaxt baş verə bilməz.Ona görə kihəmin korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinin də başqa şəxslərin adlarına tikilmiş öz vilları da var.

Vəkil 2018-05-15 14:52:56

Bunların ayıbları topa-topa açılır.Bu acgözlər haradan,necə tapılıb və hansı hesabla təyin olunublar?...

Vetendaw 2018-05-15 14:52:56

ALLAH bunlarin evini yoxsin hardan oqurlayirlar bu qeder devlet pulunu bu devlet yiyesizdirmi?Bunlarin hamisini devlet edam etmelidir ki, oqrulara ders olsin. Huquq muhavize orqanlari toyiq oqrulari tutub tv de rekl edirler bu da oqru tutun da o qeder evsiz eliller var ki verin yawasinlar

emin 2018-05-15 14:52:56

bir evi bew defe cekibler adini qoyurlar villalari..kulu qoyum tepevize

KapiТalomen 2018-05-15 14:52:56

....Bu Naziri тəbii ki, imkanlı saуıb qoуublar və cəmi 2 il işləуib?! Rusca, "Уa Тebe, Тı mne", deуərlər. .......

Vüqar 2018-05-15 14:52:56

Bəs hələ də işdə saxlanılan nazirlərdən,onların əməllərindən, villalarından,bağlarından,digər əmlaklarından, mənimsəmələrindən niyə yazılmır? Gözləyirsiniz işdən çıxsın sonra arxadan yazasınız? Bu necə jurnalistikadır?Axı hamnı bunları görür,bilir,eşidir. Mətbuat açıq olsa idi bəlkə belələri bir az özlərini yığışdırardı, nədənsə ehtiyat edərdilər.Əcaib məmləkətdəyik.Allah axırını xeyir etsin.

zavallı vətəndaş 2018-05-15 14:52:56

Axı nəyə görə işdən çıxarılandan sonra villalar nümayiş etdirilir? Olmaz ki iş başında olan nazır və komitə sədrlərinin villaları nümayiş etdirilə? Nəyə görə vəzifədən çıxarılandan sonra onların cah-cəlallarını görürlər? Məgər əvvəldən bilmirdilər?!Çox gülməlidir!!! Xa,xa,xa...

YALTAQLARA LENET !!! 2018-05-15 14:52:56

.... zahid ...., sen GORMURSENMI ki, Azerbaycani OQURLAYIBLAR - MUNTEZEM TERIFLEDIYIN, KORRUPSIONER memurlar, sende VICDAN VARMI ve UTANMADAN, aqzina NE GELDI, - MENASIZ DANISHIRSAN Hitler, Cherchil, Ruzvelt, Trumen, Reyqan, Stalin, Putin, Tramp, ve digerleri barede, AMMA UNUDUBSAN ki, GEDEBEYIN KENDLERININ SECHKI DAIRESINDEN seni TEYIN EDIBLƏR "deputat" Milli Meclise, NIYE, GEDEBEYIN KENDLILERINI UNUDUBSAN ?............

Tərlan 2018-05-15 14:52:56

Miqrasiyanın naziri Furudin Nəbiyevin 25 villası var.Mehdiabaddakı villası çəkildi.O biriləri qalıb.

vəkilə 2018-05-15 14:52:56

Büdcəni talayanlardan o pul geri alınsa da başqa talançılar o pulu təzədən talayacaqlar. Ondan Sizə nə, mənə nə.

vəkil 2018-05-15 14:52:56

bucceni yeyib talayanlardan pulu geri ala bilsələr 10 il Azərbaycana buccə pulu axtarmaq lazim deyil hamisi talayiblar ən zəif taiayan 100 milyonlarla talayib birdə ki o nə villadir ki indi banklarin filyal mudurləri elə evdə yaşamirlar...

t.ədalət 2018-05-15 14:52:56

digərlərinin də əmlak və villalarının dəyəri milyardları ötür.Məgər,Heydər Əsədov təkdir?Bütün nazirlər bu vəziyyətdədir.

G.M 2018-05-15 14:52:56

Ayə bu da mı Villadı..Bu tikili FH-ın nəzarətçi otağına oxşuyur.Ayıbdı kişini biabr eləmiyin.h.hacıyevin Göygöldəki evi bundan böyükdür.DYP Nüşravan malımın evinin yanında bu bir ``komadır``.

Azerbaycanli 2018-05-15 14:52:56

G.M ve ve vekile : Hesablama palatasi Kend teserrufati nazirliyini yoxlasaydi onun her iki qurumda neler etdiyini daha deqiq bilerdi ve isi davam etdirmeyi korrupsiya idaresine hevale ederdi.(Axi o ozunu bele ishlerin " ustasi" hesab edirdi) Bu sekildekiler ise atalar demish selin evvelinde gorunen cor- coplerdir.

Son yazılar