DEPUTATDAN İMKANSIZ AİLƏLƏRƏ ŞOK İTTİHAM: "Dövlət sənə demişdi ki, üç uşaq dünyaya gətirəsən?"

“Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, milli-mənəvi dəyərləri qorumaq lazımdır: “Burada təhsilin də rolu var. Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki… Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”

Analoqu olmayan inkişafa malik Azərbaycanda son illər baş verənlərin həqiqətən də izah etmək çətindir. İslahat adı ilə hər yerdə ixtisarlar gedir, insanlar işsiz buraxılır. Pensiyaları 55 manata salıb, yaşlı insanlara "get acından öl" deyilir.

İndi də rektor işləyərkən nələr etdiyi hanıya məlum olan bir deputat çıxıb kasıb ailələri uşaqları olduğu üçün ittiham edir. Bu daha ağ eləmək oldu. Bəs dövlət nədən ötrüdür?

Dünyanın əksər ölkələrində dövlət ailələri təşviq edir ki, daha cox uşaqları olsun. Bir çox ölkələrdə, hətta ailəsi olsa da,  olmasa da uşaqların bütün yükünü  dövlət üzərinə götürür. Milyardlarla vəsaiti idman yarşlarına, festifallara xərcləndiyi, nazirləri tərəfindən 100 milyonların talandığı Azərbaycanda isə  deputat  "niyə üç uşaq dünyaya gətirmisən?" deyib, imkansız anaları ittiham edir.  Yazmağa  söz tapmaqda belə insan çətinlik çəkir.

AzPolitika.info

635x100

Şərhlər

Tural 2020-02-12 10:40:46

Aqiye xanimin qebuluna nece duwmek olar kim bilir komey etsin.Allah rzasi ucun 0552930157

Лала 2018-05-15 21:41:36

Hec olmasa aqiye xanimin cixisini goturun, cunki orada imkansiz sozu yoxdur

Bəhram Qarabağlı 2018-05-15 21:41:36

Ən imkanlı ailə üçün belə 3 ildə bir uşaq olmaqla, cəmi iki mükəmməl uşaq boуüтmək hədsiz çəтindir! Bir sıra adi-ilkin hüquqlarından(azı 2 milуon evsiz ailə) məhrum doluxsunmuş insanlar-hərə oz nisgilini Aqiуə xanımın sozlərinə boşaldıb. Əsas çaтışmazlıq isə digərinə qulaq asmadan тəkzib eтmək və kosmosa qədər dünəvi pop-şou qaldırmaqdır. Gorəsən, тəvazokar siуasəт əvəzinə, bizləri quşbeуin şüarlara sovq edən NƏDİR?

Millet 2018-05-15 21:41:36

Azpolitika! Bitirin bu komediyani! Aqiye naxcivanlini respyblikamizin saglam dusunceli insanlari yaxsi taniyir! Onun merdliyine, qetiyyetine hami beleddir!

Aysel 2018-05-15 21:41:36

Her kesin özünün fikirlesmeli oldugu meseleni millet vekili seslendirib-“ILk günden döyülürsen, söyülürsen niye 3 ušaq dünyaya getirirsen?”eslinde bunu her bir qadin fikirlewmelidir. Elbette ki, aile planlanmasi var. Dünyaya ušaq getirerken, onun yasayisini temin etmek, geleceyini düsünmek lazimdir. Söz yox ki, hami eyni seviyyede dolanmir. Herenin bir qismeti var. Buna gore ušaqlari onlarin xeyrine düšünek!!!!

Saida 2018-05-15 21:41:36

Deputat seçildiyi rayonda o qeder imkansiz ailelere kömek edir ki? Niye tehqirler yazirsiz? Universitete qebul olan neçe kasib ušagzina her ay sexsi vesaiti hesabina teqaud verir. Elediyini reklam elemeyib bašqalari kimi. O Hec meni tanimir da. Amma rayonun deputati kimi biz onu Çox istiyirik . Allah var, ona ayandi ki, Aqiye xanim temiz adamdi.

Etibar Əliyev 2018-05-15 21:41:36

Aqiyə xanımın fikirləri kontekstdən çıxarılır və bu da tənqid üçün "əsas" yaradır. Onu tanıyanlar bilirlər ki, o, çox vətənpərvər insandır. Saxta diplom məsələsinə gəldikdə isə əksinə Aqiyə xanım buna qarşı mübarizə aparıb. Saxta diplomun banisi indi oturub "Riyaziyyat" institututunda. Onun əleyhinə yazılan şərhlər böhtan xarakterlidir.

Azade 2018-05-15 21:41:36

Maraqli komentler oxuyuram burda. Goresen bu insanlar Niye bele aqressiv serhler yazir. Deputatin sozleri kimlerese yaman yer eliyib. Allah insana heyvanlardan ferqli olaraq, Ali šüur verib. Bunu ele bele vermeyib Böyük Yaradan. Düšünmek, istenilen addimi atmazdan evvel Yüz ölçüb Bir biçmek lazimdi. Hele ki, dünyaya ušaq getirende. Men tam raziyam xanimin fikirleri ile.

Xirurq 2018-05-15 21:41:36

Lale size de ele gelmir ki, o azad heyat arzusunda olanlari narahat edir bele sozler? Narahatdilar ki, meseleleri gundeme geldi. Ušaqlari atib, salonlarda gün keçirtsinler, dovlet de bulara ušaq saxlasin. Siginacaqlardaki tecavüze meruz qalan ušaqlardan xeberi yoxdu axi Burda agiz dolusu danišanlarin. Gedin onlari ziyaret edin. Sonra danišin. Ataliq, anasinin görüšdüyü alçaqlar neler edib o tifillere, bilin. Sonra danišin baxaq.... sözde hami qehremandi.

Vüsal 2018-05-15 21:41:36

Saxta diplom alverçileri cezasini türmede çekir. Nahaqdan bu xanimin adini hallandirdilar o vaxti. Eslinde o saxtakarlari bu xanim ifša edib prokurorluga verdi. Çünki onun imzasini saxtalašdirmišdilar. Günahkarlar da cezasini çekir.

Azer 2018-05-15 21:41:36

Harada ki insanlar oz ziyalisina qiymet vere bilmir o milleti feleketler gozleyir! Acin o xanimin tercumeyi halini oxyyun! Meme ve menim kimilere o gender komek edib ki! Coxlarindan ferqli olaraq etdigleri yaxsiliqlari reklam etmir! Sag olsun ki, hec Neye bigane deyil

Metin 2018-05-15 21:41:36

Aqiye xanim, sebrinize Qurban olum! GOr kimler ustunuze gelir!

Güler 2018-05-15 21:41:36

Ulvi, mence bunun üçün yalniz metni diqqetle oxumaq lazimdi. Men Hec bu xanimi šexsen tanimiram. Amma insaf haqq deyilen bir šey var. camaat söhbetin ferqine varmadan, agzina geleni deyir. Ayibdi, tanimadan bilmeden insanin haqqina girmek yaxi deyil. Hem de sohbet tecavuze ugrayan ušaqlardan gedir, ne azteminatli sohbetini atiblar ortaya?

Lale 2018-05-15 21:41:36

Menmçün maraqlidi bu millet ne isteyir? Küçelerde veyillenen “ analardan” gedireeey söhbet. Ušagi dünyaya getirir, sonra yadina azad heyat düšur. Ušaqlar yaziblar da qalir taleyin ümidine. Ne desin Bes, desin išinizde olun ušaqlariniza men baxaram???? Bir zehmet , yazini diqqetle oxuyun.

Ulvi 2018-05-15 21:41:36

Nece Guntur agliniza gelenleri yazirsiz, o xanim da sebrle subsurf, deyin gorek o cixisinin Hanoi yerinde imkansiz ailelere toxunub? Bu Elizabeth gunllerde hec olmasa allahdan qorxun! Ser atmayin! Ayibdir!

Veteran 2018-05-15 21:41:36

Birincisi men bawa duwe bilmedim ki, Dilguwe xanim bu romani yazmaq ucun hansi mustesna selahiyyete malikdir. Digerlerine 500 herfden artiq istifade qadagan edilir!!! Sizinle qetiyyen razi deyilem, o menada ki, "uwaga baxa bilmirsense onu dunyaya getirib ezaba ducar eleme" fikri kokunden yanliwdir. Aileler var ki, 3-4 uwaqlari var ve cox-cox iller sonra muxtelif sebeblerden ayrilirlar.

Nərgiz 2018-05-15 21:41:36

Şəxsən mən uşaq sığınacaqlarından ikidində olmuşam.Ordan gələndən sonra evdə öz övladımla söhbət etməyi belə özümə haram bildim.o uşaqları analar atıb.İnsan nə qədər mənəviyyatsız olmalıdır ki, buna dözə.Onların orda bütün təminatı var.insanlar gəlir,onlarla maraqlanır.Amma nə etsən də valideyni əvəz edə bilməzsən.Bir ailədən 3 uşaq,2 uşaq vəs.Körpə canlarıynan bir birinin qayğısını çəkirlər...İndi də mənimçün çox ağırdır yazmaq.ağızdolusu danışanlar!Lütfən,gedin onları ziyarət edin.Sonra fikir bildirin.

Professor abdullayev 2018-05-15 21:41:36

Elimizin gorkemli insanlarini Ana Adina leke vuranlarin ayagina vermeyin! Aqiye xanim gorkemli siyasi xadim, bacariqli rehber ve gozel insandir!

Dilgusəyə 2018-05-15 21:41:36

Deyəsən sən də onun kimi tupoysan və türk deyilsən. Boş başınıza gic-gic yazma

Ulvi 2018-05-15 21:41:36

Nece. Nece gosel dediniz ,sorbet meneviyyatdan qedir! Basra here yozmaq lazim deyil.

Dilguşə-yə 2018-05-15 21:41:36

Aqiyə xanım və onun kimi xalq tərəfindən seçilməmiş deputatlara yazılan bu şərhlər, iradlar o demək deyil ki onların dedikləri tamam səhvdir.Birincisi xalqa yol göstərən, ağıl verən adamın adı rüşvət, karupsiya, fırıldaqçılıqda hallanmamalıdır.Bu şou biznesdə olan natəmiz adamların TV-lərdə xalqa ağıl öyrətməsinə oxşayır.Ən azından mediyada saxta diplom söhbətində bu xanımın imzası ilə olan diplomlar nümayiş etdirilmişdir.Od olmasa tüstü çıxmaz.İkincisi onlar xalq tərəfindən seçilsəydilər millətin vəkili kimi xalqın mənafeyini müdafiyə edərdilər.Lakin onlar hökümət tərəfindən seçildiklərinə görə höküməti müdafiyə edirlər.Niyə onlar parlamentdə məsələ qaldırmırlar ki AzTV demişkən acından ölən Ermənistanda minimum əmək haqqının məbləği 115 dollar, bu qədər neft-qaz gəlirləri olan Azərbaycanda bu göstərici 76 dollardır.Bir iki misal çəkməklə iş bitmir.Ancaq əksər ailələrin dağılmasına səbəb dolanışığın pis olması, yarıtmaz təhsi sistemi, yarıtmaz tibbi sistem və s.-dir.Azərbaycanla müqaisədə elə də böyük imkanları olmayan Gürcüstanda tibbi suğorta sistemi 10 ildən artıqdir fəaliyyət göstərir, niyə biz buna hələ də nail ola bilmirik.Hansı naziri, məmuru işdən çıxarırsan milyonlar, hətta milyardlarla yeyinti olduğu məlum olur. S.Müslümov yediyi pullar hardandır, əlbətdə xalqın sosial müdafiyəsi üçün dövlətin ayırdığı pullardır.Guya işdən çıxmamış bilmirdiniz bu məmurlar nə ilə məşquldurlar? Niyə bu məsələləri MM-də qaldırmırdınız?

Gülşən 2018-05-15 21:41:36

Mən belə görürəm burda bir çoxu aqressiv münasibət bildirir. Belə başa düşürəm ki, bu insanlar ya meqalənin mahiyyətini dərk etmir, ya da onu narahat edən səbəb var meqalələ səslənən fikirlərdə.Dünyaya 2-3 uşaq gətirib, sonra ayrılıb, yenidən ailə quran qadınlar var ki, portnyorunu itirmək qorxusundan bilə-bilə uşağını təcavüzə məruz qoyur. Siğinacaqlar doludur belə uşaqlarla. Bundan danışmaq lazımdır. Yoxsa imkanlı, imkansız məsələsini qabardıb məsələni suni şəkildə dəyişmək lazim deyil. Şəxsi fikrimdir.

Dilguşə 2018-05-15 21:41:36

Biz uşaqları dövlət baxsın deyə dünyaya gətirmirik.Öz nəslimizin davamlı inkişafı, soyadımızın davamlı olaraq daşınması, özümüzdən sonra iz qoymaq, nəsil ağacı mızı yaşatmaq üşün, planetin davamlı inkişafı üçün övladlarımızı dünyaya gətirib formalaşdırırıq.Hər bir uşaq sağlam ailədə böyüməlidi.Ailədən zədə alan, münaqişələrin qurbanı olan uşaqlar əzab çəkmək üçün doğulursa, heç biri də bizə lazım deyil, nəinki üçü, dördü və s...Bu dövlət De-institutlaşma həyata keçirir.Hətta inklüziv uşaqların belə ailələrdə böyüməsinə diqqət artırılır.Belə deyilsə, gəlin hərəmiz öz məsuliyyətimizi,cavabdehliyimizi dərk etməyərək uşaqları küçələrə ataq. Onsuz da insan Yer kürəsinə qədəm qoyduğu gündən kifayət qədər bu planeti çirkləndirib. İndi də sahibsiz uşaqlarla bu dünyanı viranə qoyaq.uşaqlar hamımızın gələcəyidir.Mən Aqiyə xanıma təşəkkür edirəm ki, çox doqru və yerində deyib.Uşaqları sevin, onların taleyini heç kəsə etibar etməyin. Çox düz, Almaz x, məncə də, bu gün hamı düşünməlidi.Ailə qurularkən bütün imkanlar nəzərə alınmalıdı.Dəbdəbəli toy edib bütün pulunu şadlıq saraylarında qoyan insanlar, ondansa ora çəkilən xərci gənclərin ehtiyaclarına məsrəf etsələr,daha düzgün olar.Bu problem elə televerilişlərə çıxmalıdı ki, cəmiyyət maariflənsin.Mən də deputatımızı dəstəkləyirəm ki, cox vacib problemin həllinə çağırır insanları. 1Ana olmağa,övlad böyütməyə hamının haqqqı var.Deputat demir ki, sizin ana olmaq haqqınız yoxdur.Mən süpürgəçi ana tanıyıram ki,tək tənha 3 uşaqını böyütdü, oxutdu və indi qızlar Almaniyada yaşayır, yaxşı da həyat sürürülər.Mən bir varlı insan tanıyıram ki oğul arzusu ilə iki oğlunu yetişdirə bilmədi, pullarını qıymadı,uşaqlar faciəli şəkildə həlak oldu.Söhbət varlı və ya kasıbdan getmir.Söhbət uşağa qayğıdan, münasibətdən gedir. Fərqi yoxdu, kim istəyirsən ol.Uşağı dünyaya dövlət baxacaq deyə gətirmirik.Özümüzə gələcək üçün gətiririk.Bu gün münaqişəli ailələrdən, qadınlara məişət zorakılığından və uşaqların insafsızcasına küçələrə atılmasından gedir.Bu gün nümunəvi ailələrin təbliğindən gedir.Uşağa baxa bilmirsənsə, onu dünyaya gətirib əzaba düçar etməkdən gedir.Ölkədə varlı insanlar nə qədərdir?Əhalinin az hissəsi.Əksəriyyət eyni səviyyədə yaşayır.Dövlətin pulsuz məktəblərində təhsil alırıq.Pulsuz ali təhsil alırıq.Bu gün ən kasıb ailənin uşağı öz bilik, bacarıq və fərasəti ilə öndə gedir.Ətrafımızda yüzlərlə belə nümunə var.Ailədə uşağın istilik, qayğı, səmimi münasibət görməsindən gedir...Söhbət cahillikdən, nadanlıqdan gedir.Söhbət uşağını küçələrə atan insanlara cəzasızlıqdan gedir. HAzırda gözümün qarşısında icra başçısının oğluna gedib ayrılan və küçəyə atılan iki uşaq var.O qadın bu gün də evsiz-eşiksiz qalıb, uşaqlara baxa bilmir, məhkəmələrdə qalıb.Atanın evləri, torpaq sahələri, hər imkanı var.Amma hec bir mülk öz adına deyil və uşaqlarına bir gözlü evi qıymır.Söhbət bundan gedir ki, uşaqına sevgi ver, dəstək ol, lap ailəni, həyat yoldaşını atdın,axı bu uşaqlar sənindir. Manage Bəyən · Cavabla · 22 s

naxcivanli 2018-05-15 21:41:36

ar olsun.... millətimin.... millət vəkili .......həyat yoldaşı özündən də cox pulludur..... kürəkəni də suraxanı icra hakimiyyəti başçısının 1 ci müavinidir .... oranı soyub dağıdırlar.......... gör bu millətin vəkili kimdr .......... bilinməyən birisi AZPOLTİKA DOĞRAMA VER EFİRƏ

Miralim 2018-05-15 21:41:36

Əziz həmvətənlərim, Biz bir olmadıcqa, nə qədər susub qıraqdan sadəcə seyr etdikcə bunlar xalqımızı, millətimizi bir o qədər çox əzəzcəklər. Buna görə millətimiz bir olub həmişə öz haqqını tələb etməlidir.

Araz 2018-05-15 21:41:36

Görəsən Aqiyə ( na millətin vəkili demək cinayətdir )yazısına yazılan kommentariləri oxuyub heç xəcalət çəkir? Görün ölkə nə günə düşüb ki, seçki prossesi komediyaya çevrilib.Yoxsa bu ağılda olanlar nəinki deputat,heç süpürgəçi də götürməzdilər.İşdən çıxarmaq qorxusu ilə müəllim.həkimləri avtobuslara mindirib seçki məntəqələri gəzdirib saxta topa bülleten atmağa,məhbus və əsgətləri seçkiyə cəlb etməklə ( nəzarət altında olduqlarından) zorla səs toplayaraq seçilən deputatdan nə gözləmək olar?

Helime 2018-05-15 21:41:36

Kim ne deyir, desin, men bu xanimla 100 faiz raziyam. Her kes yorganina baxib, ayagini uzatmalidir. Imkanin yoxdursa, normal yashayish sheraitin yoxdursa, er pisdirse- ne ushaq?. Menim bir ushagim var. hem yoldashim, hem ozum ishleyirik, amma buna baxmayaraq cemi bir ushagimiz var.. Demirem duz etmishik.. Her halda fikirleshmishik ki, ushaga bacardigimiz tehsili ve sheraiti yaratmaliyiq.. Chox ushaq dogmaqla deyil.

Akif 2018-05-15 21:41:36

Aqiyə Naxçıvanlı adlı, digərləri kimi praident administrasiyası tərəfindən təyin olunmuş deputatdan vətəndaş olaraq soruşmaq istəyirəm: aclıq və səfalət içində olan,günəmuzd işləyərək demək olar ki, yalnız çörək almağa imkanı olan yüz minlərlə ailələr nəinki 3, hətta bir uşaq dünyaya gətirmək haqqında düşünsünlər?Deputatlərin hüç biri aylıq 300, maksimum 500 manat qazanc əldə edən ziyalılardan fərqli olaraq 2000 artıq maaş alanda,hətta bunun da az olduğunu bəyan edəndə utanmadan nə düşünürlər?Ayıb olsun!!!

A 2018-05-15 21:41:36

Aqiya N Kimdir-nəşidir, hansı xidmətlərinə görə deputatlıq alıb- camaat məndən yaxşı bilir. Lakin! Qadın düz deyir. Hər bir ər-arvad övlad istehsal etməzdən əvvəl düşünməlidir-mən bu körpəni normal böyüdə biləcəyəmmi?? Əgər səfil günündəsiniz, normal maaşınız, gəliriniz yoxdursa 2-ci 3-cünü neyləyirsiniz? İndi XXI əsrdir! Qadın məsləhətxanasına gedin, həkim kontrasepsiya nə olduğun sizə izah eləsin. Yoxsa düşürsünüz cəmiyyətin canına, mənim uşağımı saxlayın!!!

Mirzə AĞ 2018-05-15 21:41:36

Görünür ki, bu Aqiyə dövlətin vəzifəsinin nədən ibarət olduğunu anlamır... Buna da bir "Şöhrət" ordeni versələr, lap əla olardı...

Oqtay 2018-05-15 21:41:36

Düz deyir bu millətə buda azdır.Hələ bəziləri xanım deyir çox şükürki üçünçü uşağa vergi qoymurlar cünki bunların məqsədi millətin axırına çıxmaqdır. Bu adam elə bilirki dövlət deyilən şey bunlar üçündür ki yesinlər dağıtsınlar. Başqa vaxt Avropa deyirsiniz gözünüz görmür o boyda Almaniya nə qədər mühacir qəbul edir demoqrafiyanı düzəltmək üçün bu isə nə deyir.Bəs dövlət nəyimizə lazımdır ay diptat niyə cavanlar şəhid olur bu torpaq bu vətən üçün?Sən və sənin kimilər kef etmək üçün? Dövlət baxmalıdır

YELPELRNG 2018-05-15 21:41:36

INDI XEBERDARLIQ....AXIRCI XEBERDARLIQ,ALA ALA BILDIKLERINI EDIRLER

omer 2018-05-15 21:41:36

Ay xanim sizi dovlet secib..?ya 3uwaq dunyaya getiren insanlar?

adam 2018-05-15 21:41:36

agiye gush beyniyle insanlara ağıl verir, aferin

Bayram 2018-05-15 21:41:36

Deputatın bir sitatı ilə razıyam : “Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər”.Bəli xanım əvvəllər müharibə dövründə sizin kimi rüşvətə, karursiyada adı hallanan deputat və məmurlar olsaydı ya M.Bağırov ya da Moskvadan gəlib onu gecə ilə evindən aparardılar.İndi deputat və məmurlar arasında fırıldaqçılıq, rüşvət, karursiya halları o qədər adiləşib ki prokrorluq artıq belə hallara göz yumur. Deputat A.Naxçıvanlı xalqa saxta diplom satır, E.Axundova saxta dərman satır, Hicran H.-nın adı fırıldaqçılıqda hallanır və s. Əvvəllər qorxu var idi, mağaza müdirinin pulu olsa da özünə maşın və digər əmlak ala bilməzdi, çünki ondan pulun mənbəyini soruşacaqdılar.Necə olur 18 yaşı çatana kimi hökümət uşağın nə yediyi ilə maraqlanmır, amma 18 yaşı çatanda harada olsa onu tapıb orduya göndərir, ordudan buraxıldıqdan sonra həmin gənc yenə də hökümətə lazım deyil.Əvvəllər belə idi?

Vəziri-xanı Lənkəran 2018-05-15 21:41:36

Azтəminaтlı 3 uşaqlı neçə ailə var? Sədrinizin İcra müavilərindən aldıgı haqqlar, Avropa və İslam oуunlarınа xərclər neçə belə ailəni, neçə il saxlamaga kifaуəт edərdi? Тəтbiqinə moraтoriуa qoуan RF ozündən və Qüdsdən alınan silahların dəуəri Kremlin işgalçıуa müfтə silah verməsini də, İsrailin ərəbləri qanına qəlтan eтməsini də тəmin edir! Əziz NaXaçVanlı MV, Siz, belə balanslı məxarici siуasəтdən danışın!

NURəddin 2018-05-15 21:41:36

SANKİ BUNLARI ORA XALQI VƏ VƏTƏNDAŞLARI TƏHQİR ETMƏK ÜÇÜN YIĞIBLAR.BİR NƏFƏR DƏ OLSUN SIRAVİ VƏTƏNDAŞIN XEYRİNƏ KƏLMƏ DANIŞMIR.

Hüsü 2018-05-15 21:41:36

MİLLƏTİN VƏKİLİ YOX ARTIQ MİLLƏT DSÜŞMƏNİ BELƏ DANIŞAR. ÖZÜ DƏ QADIN OLASAN BELƏ.....................

Yaqub 2018-05-15 21:41:36

bunun Azərbaycanlı olmağına inanmıram. Sınıdlərini yaxşıca yoxlamaq lazımdır.Hör necə harınlayıbsa ağzını danışığının ölçüsünü də itirib. Bu na millət vəkili demək olar yoxa kim?

Das 2018-05-15 21:41:36

Hörmətli aspolitika xahiş edirəm bu məqaləni bir neçə gün başlıqda saxlayin! Qoy oxuyanlar çox olsun. Bu məxluqa qarşı kompaniyaya başlayaq. Cənab Prezident də görüb reaksiya versin!!!

Das 2018-05-15 21:41:36

Naxçıvanlılara müraciət edirəm! Bu qədərmi layiqik biz ???? O qadın bilmir ki vətəni qorumağa əsgər gərəkdir!!!!

Das 2018-05-15 21:41:36

Hörmətli Prezidentimiz bir vətəndaş kimi müraciət edirəm. Saxta diplomlar verənlər cinayət məsuliyyətinə cəlb edilsin. .....

ilqar 2018-05-15 21:41:36

cunki sizin kimi sayitlar var

Vasif(VANQA) 2018-05-15 21:41:36

Aqiye canim o qadinin dovlatdan komek istamasi bu qedermi qebahetdir.Bes niye 18 yasa catan kimi dovlet deyir udaq (oqlan)manimdir.Yaxsi olmazdimi ki siz bir deputat klml ozunuzun usaqliqda aldiqiniz usaq pulundan danisardiniz.Coxmu vesait teleb edir bu qanun? Siz ana deyilsiz? Axi dovletimizin pulu var.Genc analara budurmu qayqi.Ona gore aile daqilirki o ailenin yasayis seviyyesi asaqidir.Goren neden bu bazi deputatlar bu qeder qeddardir?

Müəlliməyə 2018-05-15 21:41:36

O .... nahaq yerə xanım deyə müraciət etmisiz

maksimus 2018-05-15 21:41:36

Deputatı qadının belə söz işlətməsi bütün Azərbaycan ictimayyətinə hörmətsizlikdir.

pensioner 2018-05-15 21:41:36

Deputat xanım imza atdıği saxta diplomlarin məsuliyyətinə cəlb ediləndə məntiqi,danışıq tərzi ağlabatan olacaq.

Həkim 2018-05-15 21:41:36

Belə ağılda olan deputatı olan ölkədə insanlar nə gözləsinlər? Deputat hələ anlaya bilmir ki, boşanmaların artmasının səbəbi: 1.Dolanaşığın dözülməz həddə çatması,( gənclər işsizlik,işləyənlər in maaşlarının normal yaşayışa imkan verməməsi üzündən birgə yaşamı sürdürə bilmirlər); 2.Geni dəyişilmiş ərzaq məhsulları ilə qidalanmağa məcbur edilmə.Bu həm sağlamlığa (Statistika məlumatlarına əsasən gənclərin döl artırma xüsusiyyəti zəifləyib)zərər vurur Həm də psixoloji duruma təsir edir. 3.Gənclər hamı kimi

Das 2018-05-15 21:41:36

Ayy yatmış millətim, bunun sözü o manqurt kərimovun sözündən qat qat betər təhqirdir. pasinyanin sözləri ilə eynilik təşkil edir. Gəlin biz də sosial şəbəkələrdə kompaniya aparaq, prezidentə, birinci vitse-prezidentə müraciətlər edək, onun deputatlığına xitam verilsin. Komitə sədrini isə ona halal olmayan təqaüdə göndərsin. Gəlin birləşək

Nigarın Düraтı 2018-05-15 21:41:36

Sтaтisika тəsdiq edər ki, dünуanın heç уerində bu qədər qadın inтiharı уoxdur. Ailə, uşaq və qadınlar komiтəsi olmaуan dovləтlərdə belə bu düşgünlüуə MV və уa A.Naxaçivanlı münasibəтi ola bilməz? Qarabag işgalına, Vəтənə, Ailəуə və Qadına biganəlik, əhali arтımına qısqanclıq sanki, dovləт sтraтegiуasına çevrilib? Güclü dovləтimizdə kişilər çaışmazlıgı тəkcə daşnaqlara deуil, siуasi dünуaуa arтıq çoxdan bəllidir.

ewder 2018-05-15 21:41:36

esas inkiwafdu.

Veteran 2018-05-15 21:41:36

Dovlet sifariwi ile siz vekil olmusunuz, insanin heyata gelmesi ise Tantinin isteyi ile baw verir. O ki, qaldi dul qadinlarin uwaqlar boyutmesine siz deyen wey kommunizmde baw verib. Evde bir nefer iwleyerdi hami yeyerdi icerdi geyinerdi oxuyardi hec bilen de olmazdi bunu nece bawa getirir evin boyuyu. Indi evde hami iwleyir ne doyunca yeye bilirler ne istediklerini alib geyine bilirler ne de oxuyanin xerckerini odeye bilirler. Men wukur edirem ki yaxwi ki siz bu olkenin prezidenti deyilsininiz!

Lale 2018-05-15 21:41:36

Šerhleri niye derc etmirsiniz???

Das 2018-05-15 21:41:36

Hörmətli aspolitika siz deyəsən bunu müdafiə edirsiniz? Onun bütöv bir xalqı təhqir etməsinə, şəhidlərimizin ruhunu təhqir etmasinə reaksiya vermirsiniz! Niyə şəhidlər kasıb, imkansız ailələrdən olan uşaqlardır???!!! Hörmətli Prezidentimiz niyə bu deputatlar əsgərdən 300 dəfə: zabitdən 8-10 dəfə çox maaş alir???¿??? NİYə axı????? Sonra da qudurub xalqı təhqir edirlər?????!!!

miri 2018-05-15 21:41:36

Millət vəkilləri belə olanın güzəranı da bel olmalıdır.Cox heyif səndən -Azərbaycan türkü. "Başında kimlər qoz sındırır"?

ayzek 2018-05-15 21:41:36

ailələrin çoxu dolanışıq üzündən dağılır.Aqiyənin ağzı isti yerdədir.ağlına gələni danışır.bəlkə də hamı kimi həqiqəti deməkdən çəkinir.

Məğrur Bədəlsoy, Qarabağ əlili 2018-05-15 21:41:36

Elə dədə -babalarımız da yaxşı deyib :"Elçisi gülüm olanın başına külünü olar ". Vəkili belə olan millətə yağılar lağ da edər,qurmaq da deyər. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri bilmir ki, uşaqlar dövlətin gələcəyidir, Qarabağı işğaldan azad edəcək gələcəyin aslanlarıdır. Aslanın isə erkəyi -dişisi olmaz. Bunu da dədələrimiz deyib. Odur ki, uşaqlar yetkinlik yaşına çatana kimi müavinətlərlə təmin olunmalıdır. Ünvanlı sosial yardım sistemi özünü doğrultmadı. Bəli, uşaq dünyaya gətirilməsi (hərbi) dövlət sifarişidir. Vətənə ƏSGƏR gərək!

hellas 2018-05-15 21:41:36

Bu deputat xanım başqa söz danışsaydı adam təəccüb edərdi ki, bu başqa yerdən gəlib, başqa söz danışır. Aqiyə xanım əsl Azərbaycan deputatı kimi danışır.

Müəllimə 2018-05-15 21:41:36

Hörmətli AQİYƏ x Bir Komitənin sədri Hicran.Hüseynovadırsa belədə olacaq iNSANLarı işədüzəltmə adıyla aldadaraq külli miqdarda pul aldığına dair sübutlar,aido-vidoolar olduğu halda yenidən təstiq olması böyük TƏƏSÜFDÜR.Hicranın çanta dolu dolları HÖKUMƏT EVİNDƏ KABİNETDƏ alması KORRUPSİYA Baş idarəsində öz təstiqini tapdı.Sabiq aparat rəhbərini 4 azyaşlı uşaqla ölkədən qaçıraraq Gürcüstanda maliyələşdirir.Aldadılan şəxslər ÖLKƏ RƏHBƏRLƏRİNƏ və HÜQUQ MÜHA ORQANLARINA dəfələrlə müraciət etdi.HƏTTA MEDİA ilədə

Vetenperver 2018-05-15 21:41:36

Bunların hamısı insanlın kənardan gətirilən idaları qəbul etməsindəndir. kənardan gətirilmiş. geni gəyişdirilmiş bir çox qidalara sıçan geni əavə olunduğundan, insanlar da siçanlar kimi "hanniballıq" halları başlayıb. Bu özünü uşaqlara fiziki işgəncələrdə göstərir.

t.ədalət 2018-05-15 21:41:36

Aqiyə Naxçıvani haqsızdır.Onun çıxışı analara təhqirdir.Anaların dünyaya gətirdiyi həmin uşaqlar bizim sabahımızdır,ordumuzun əsgərləridir.A.Naxçıvani, bəlkə də uşaq böyüdüb cəbhəyə göndərməyib.Ona görə də uşaqların ölkəmiz üçün nə demək olduğunu təsəvvür edə bilmir.Necə olur,uşaqları saxlamağa pul tapmayan dövlətimiz nazir və məmurlara milyardları oğurlamağa şərait yaradır?Bu oğruları hardan seçib vəzifələrə təyin edirlər?Aqiyə xanım bu barədə düşünsə yaxşı olar..

Son yazılar