SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR! - Rəsmən təsdiqləndi (Yenilənib)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq.

Adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir.

Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

* * *

Avropa Şurası Parlament Assambleyası (AŞPA) korrupsiyada şübhəli bilinən deputatlar barәdә sanksiya qәrarı verib. AzPolitika.info-nun məlumatına görə, bu barədə AŞPA-nın Almaniyadan olan deputatı Frank Şveyb öz "Facebook" səhifəsindən məlumat yayıb.

Məlumatda bildirilir ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə bəzi deputatların korrupsiyaya bulaşmasına dair cox ciddi siqnallar daxil olub. Buna görə də, AŞPA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə Səməd Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanin mandatının 2 ildən 10 ildək dondurulması barədə sanksiya qərarı verib.

Bundan əlavə onların başqa Avropa strukturlarında təmsilçiliyinə də qadağa qoyulduğu bildirilir.

Komitənin qərarı yekun deyil. Daha ətraflı rəsmi məlumat sabah yayılacaq.

AzPolitika.info

635x100

Şərhlər

sakit 2018-05-16 14:51:13

Bunlar dövləti lap şəngülüm-məngülümə çeviriblər.Səmədin sözündən aydın olur Ki,bu rüşvətlər olub,amma mən orada zəif iştirak etmişəm.Sənin bu oyunlardan çox əla xəbərin olub.Çünki belə olmasa idi,səni çoxdan fırıldadardilar ....Odur ki özünü ... qoyma.Yaxşı olardı ki, "ikilistandart və erməni" şeirini yaxşı əzbərlə, birdən yadından çıxar.Bunların sözündən belə çıxır ki,biz ölkə vətəndaşlarının başına min=bir oyun açaq,buna heç kəs dillənməsin.Artıq qatar getdi...

Pensiyaçı 2018-05-16 14:51:13

Bizim "deputatlar" millət üçün o qədəe ağır işlər görürlər ki. ( həftədə bir,ya iki dəfə Milli məclisə gəlirlər.qalan günləri isə öz biznes və monopoliyaları ilə məşğuldurlar,iki aydan bir də tətilə gedirlər.Axı "kişilər" yorulub) yazıqlara çox az maaş verirlər.Dolana bilmirlər,aclıqdır.Həsənquliyev özlərinə 8-10 min maaş istəyir.Neynəsin,aldıqkarı 2800-3000 manat bəs etmir.İstəyirlər heç olmasa pensiyaçılar kimi 150-200 manat versinlər.Çpx anlayışlı deputatlarımız var.Yazıqdırlar....

əli 2018-05-16 14:51:13

Bundan yaxşı partizan çıxar 3 saat dindiriblər heç nəyi boynuna almayıb bizimkilər dindirsə idi 15 dəqiqəyə Kapitalı yazdığınıda boynuna alardı

analitik 2018-05-16 14:51:13

Əşşi, bizim bu deputat lap əjdaha imiş ki, baxın ey, düz 3 saat onu dindiriblər, amma o, heç nəyi bonuna götürməyib...

Ağsaqqal 2018-05-16 14:51:13

Ən yaxşısı üzüsulu ÖLMƏKDIR ,yoxsa qulaqlarımız çox şey eşidib ,gözlərimiz çox şeylər görəcək !Sadəcə xəcalət çəkirəm ...

Milli birlikdən 2018-05-16 14:51:13

Milli, hər kəsin hüququ üçün Ali məsuliууəтdir. B.Qarabaglını тərsinə уozmaуın. Azərbaусan ərazisi Qarabagı daha kəskin тələb eтməlidir! Sтarт bərabər olmasa, həmrəуlik və dolgun inkişaf qeуri-mümkündür. Qarabag тək problem deуil. İqisadiууaтda millilik heç qalmaуıb.... Nazirin уaşıllıgı bərpa imkanı уox, ozəl şəxs belə meşələr ala və уа sala bilər? Bakı ŞİH milуonların уolunu kəsən biznesə qadaga qoуa bilməz? Hələlik azəri hüququ alınıb!

Fazil 2018-05-16 14:51:13

GÖRƏSƏN AVROPA DEPUTATLARINI NƏYLƏ TƏMİN EDİRMİŞ?

azer 2018-05-16 14:51:13

yegin ki , ordakilarda deputatin heyat sheraiti biirler, maashla olculmeyen heyat sheraitidir. yalandan cigir-bagir salmagla deyil

Sus 2018-05-16 14:51:13

Millət və avama-bu məmurlar nə vaxtdan bizim dövlətçiliyimizə aid olub? Məmurlarımızın həm daxildə və həm də xaricdə ancaq rüşvətxor kimi tanınıblar.Bunlar ev xoruzu,çöl fərələridirlər.İndidə bir dılğır Paşiyanın əlində əsir-yesir olublar.O....

Bəhram Qarabağlı-ya 2018-05-16 14:51:13

Milli birlik yarada biləcək ümum-milli ideyanın yaranması üçün ilk öncə korrupsiya, oğru məmurların aradan qaldırılması tələb olunur. Nə qədərki ölkədə inkişaf üçün bərabər imkanlar, azad rəqabət, sosial ədalət formlaşmayıb; nə vaxta kimi bir qrup təbəqə, yerdə qalan təbəqənin malını, varidatını onun gözü önündə oğurlayacaq, o vaxta qədər hansısa milli ideyanın və onun əsasında milli birliyin formalaşması mümkünsüzdür. “Ermənisən-ölməlisən” şüarı milli ideyanı formalaşdıra bilməz, olsa-olsa xalqı ən yaxşı halda qısa müddətə canlandıra bilər, vəssalam (bu ideyanı heç Azərbaycandan kənarda olan azərbaycanlıların hamısı qəbul etmir). Milli birlik yarada biləcək milli ideyanın olmamasının nəticəsidir ki, hazırda cəmiyyətdə ən müxtəlif eybəcərlikləri müşahidə edirik

Salam 2018-05-16 14:51:13

Dünyada ne bianırçı hadise ve ya sayıhı varsa mütleq Azerbaycan orda liderlik edir.Analoqu yoxdur bu ölkenin.

emil 2018-05-16 14:51:13

Regionun Super dövlätiyik deyenler xeyir olag sesleri cixmir?Analigsuz inksaf edirik deyenler hardasuz? Bälkäm bir az yavasliyasiz? Hec utanib xecalet cekirsiz? Görün ölkäni nä günä goyduz.Dünän videoda gördüm ki Mäktäblärdä Barama gurdu yetisdirirler. Bälkäm Bu yaxinlarda pambig sahälärinä (Lapetdä) gedän 6-näfär hämyerlimiz gäzaya düsmäsindä günahkarlar xaricdä yasayan guya (ermänilärä satilmis) hämyerlilärimizdir? 3-milyard $-da onlar ogurlayib?

ilqar 2018-05-16 14:51:13

Men inanmiram Semed muellim M.R olsun

Bəhram Qarabağlı 2018-05-16 14:51:13

İnsan siması onun insani тəfəkkürünə də inam уaradır. Evrovizion nəтicəsi həmişə Baş Siуacəтə ram nişanı verib. Əsrin konтrakтı da nefтi bahalaşdırmaga başlaуıb. Bunlar dünуa siуasəтinə dərin barmaq aтan iki aşkar mafiуanın hərbi-maliууə oуunlarıdır. Uzaq Şərq hələlik disтansiуanı saxlaуır. Qərb və Şərq Bakının siуasəтində hələlik heç də milli sima gormür? 1994-cü ildən "erməni işgalı"nda qalan Azərbaуcanın nümaуəndələri, onları laga qoуan "erməni soqırımı"na baxılanda AŞPA nı birdəfəlik тərk eməliуdilər!

analitik 2018-05-16 14:51:13

Bax, ölkəni, milləti, belə biabır baxışlayın, tanıtdırarlar...Afərin!

Abit 2018-05-16 14:51:13

İndi deyecekler Semed Seyidov avropanı tenqid etdiyi üçün oradan qovdular.Kime lazımdı bu avropa ? Maviler ölkesi,kişi-kişi ile evlenir ümumiyyetle terk etmek lazımdı oranı.

********* 2018-05-16 14:51:13

Bakının köhnə məhəllələrində maraqlı və olduqca dəqiq jarqonlar işlərilirdi, ədəbaz adamlara üçün : yaxbala, tpipaç və s. Haradan yadıma düşdü deyə bilmərəm, amma Sərkisyanın bizim elmlər doktoru, professor, adını ziyalı qoyub beynəlxalq arenada Azərbaycanı təmsil edəni uşaq kimi yerində otuzdurması mənə çox pis təsir elədi. Sənə o diplomları verənin gözünü dağlayım, əgər bir dığa ilə də bacarmırsansa. Bax: https://www.youtube.com/watch?v=r6vep6gC59E

alı 2018-05-16 14:51:13

İndi deyin görək KİMDİR AZƏRBAYCANI DÜNYADA BİABIR EDƏN? HAKİMİYYƏT YOXSA XARİCDƏKİ HƏMVƏTƏNLƏR?

Mehdi 2018-05-16 14:51:13

Ayri bir soz tapa bilmirem.Deyirem goresen bu yekelikde olan kisi hec olmasa bir az utanirmi.Cetin aqlim kesir.Cunki bunlarda o hiss yox kimidir.

Millikişiyə 2018-05-16 14:51:13

Səməd Seyidov Azərbaycanın imicini ( nüfuzunu) öz yaramaz ( rüşvət,hədiyyə )əməlləri ilə Avropada batırıb və ölkənin nüfuzunu heçə endirdiyi ətrafımızda baş verənlərlə sübut olunur.Azərbaycanın heç bir məsələsi Avropada Ermənistanınınkimi həll edilməyib.Bu nüfuzun aşağı salınmasını sübut etmirmi? Burada gəlib yalandan gözəl görünmək,yağlı çıxışlarla mən varam demək heç nəyi dəyişmir. Onun AŞPA-dakı işi.turist səfərlərindən başq bir şey olmayıb.Dflərlə bu barədə mətbuatda yazılar gedib.

Akif 2018-05-16 14:51:13

Hörmətli AzPolitika qzetinin redaksiyası: nə üçün mənim şərhlərimi tam dərc etmirsiniz?Mən bu baradə sizə bir neşə dəfə iradımı bildirmişəm. Birmənalı olaraq bilin ki,bitərəf vətəndaş kimi mən həm hakimiyyəti, həm də müxalifəti tənqid edirəm, mənim şərhlərimin heç birində təhqir yoxdur və olmayacaq.

emil 2018-05-16 14:51:13

Biyabircilig! Män saxsän xäcalät cäkiräm! Bütün dünyada biyabir olmusug! Avropalilar bizä rüsvätxor vä korrupsioner deyir Ermeniler isä Gorxak adlandirir bizi(( Görün nä günlärä galdig

N9 2018-05-16 14:51:13

SEMED MUELLIM AVROPANI BEYENMIRDI, ORANIN GANUNLARIN DA , BELE KI ONA YOLU GESTERDILER VE SUBUT ETDILER KI AVROPADA HEYIGETENDE GANUN HAMISINA AIDDIR , SEMED MUELLIM NE ISKLUCHENIYE.

Akif 2018-05-16 14:51:13

Nəhayət ki....

Millikişi 2018-05-16 14:51:13

Şərhçilər, bu nə münasibətdir? 1-si, S.Seyidov Azərbaycanlıdır, 2-si, o, AŞPA-da Azərbaycan Nümayəndə heyətinin sədridir. Onun şəxsiyyəti və fəaliyyəti xoşunuza gəlmirsə istədiyiniz qədər tənqid edin, tələbkar olun. Axı burada dövlətimizin mənafeyi tapdalanır. Bir az milli qürurumuz, Azərbaycançılıq ideologiyasına hörmətimiz olsun. Yəqin, Aristotel bizlərə deyib: “Axmaq adamı iki əlamətinə görə tanımaq olar: o, ona faydasız olan şeylərdən çox danışır və ondan soruşulmayan şeylər barəsində fikir bildirir”.

EWDER 2018-05-16 14:51:13

INDI ZURNA FILEYECEKLER KI,IKILI STANDARTDU.

miri 2018-05-16 14:51:13

Səməd kimi millət vəKİLLERlƏRİNƏ Avropa dözə bilmədi. Bu yazıq millət isə 23 ildir yüzdən çoxuna dözür. Zavallı millət, səni nə günə saldılar?.....

avam 2018-05-16 14:51:13

Avropanın mahnı müsabiqəsi belə ssenarisi öncədən hazırlanmış siyasi serialdır.bunun üçün müxtəlif illərdə qalibin kimin seçilməsidir.sizcə bu il niyə israili qalib etdilər?avropa ölkə təmsilçiləri Qüdsə gedəcək və bu,Qüdsün israilin paytaxrı kimi tanımaq üçün əla fürsət olacaq.S.Seyidova qarşı bu münasibət hansısa uzun serialın ilk hissəsidir

Alim 2018-05-16 14:51:13

HƏR ŞEYİ BAĞIŞLAMAQ OLAR ANCAQ O AZƏRBAYCANLI QIZLASRI AVROPALI DEPUTATLARA PİS YOLA TƏKLİF ETMƏK KİŞİLİKDƏN DEYİL. VƏZİFƏDƏN PULDAN ÖTƏRİ BU CÜR ALÇAQLIĞIN BİZİM MÜSƏLMAN VƏTƏNİMİZDƏ BAŞ VERMƏSİNƏ ADİ BİR VƏTƏNDAŞ KİMİ TƏƏSÜF EDİRƏM...

X 2018-05-16 14:51:13

DEYECEK HOKUMET NUMAYENDELERI BUNDA ERMENIPERESTLERIN ELI VAR

R-n 2018-05-16 14:51:13

S Seyidovlar deyende,butun hakimiyyeti nezerde tuturam.Bunlar gozlerin gorduyune de gadaga goyurlar,hokm edirler ki,gatig garadir.Avropalilarin gozu kor deyil,gorur ki,bu olkede ne hoggalar bash verir.Mes.,acig yazirlar,"E.Rustemovun biznesi"..,hami sesini salir icine.Ne prorurorlug,ne DIN dinmir.Avropa buna ne ad vermelidir,korrupsiyadan bashga?Irili-xirdali butun memurlardan sorushmurlar,bunu neyin hesabina almisan?Ucgar kendde arvadina maash ala bilmemesini deyeni tez tuturlar,bunlar ise goze girirler.

NURəddin 2018-05-16 14:51:13

ÇOX SEVDİYİM AZPOLİTİKAYA OPERATİV ŞƏKİLDƏ ƏLDƏ ETDİYİ VƏ YAYIMLADIĞI BU İNFORMASİYAYA GÖRƏ ÜRƏKDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM.

Mirzə AĞ 2018-05-16 14:51:13

Güman ki, Səməd Seyidovun AŞ PA-da arzuolunmaz fəallıq göstərməsi məlum dairələrin xoşuna gəlməyib...

İlqar 2018-05-16 14:51:13

bizim deputatlar millət vəkili deyillər.Onlar öz biznesləri pulları obyektləri hamısı harınlamış məmurlarımiz kimi millətin xeyrinə yox əksinə işləyən seçilmiş yox təyin edilmiş ... bir qurumdur. Bunu da bütün avropa bütün dünya bilir.Axırı da heç də yaxşı olmayacaq. Millətimizin vardövlətini yeyib milyardları atıb millətə yuxardan aşağı baxııb,millətlə hesablaşmamaq,miləti adam yerinə qoymamamaq,tərpənini türməyə soxmaq sürgün etmək,düşməndən biabırçı məğlubiyyəti qəbul edib susmaq qorxmaq nə deməkdir

pensioner 2018-05-16 14:51:13

bu haqda nə deyəcəklər?

Müfəttiş 2018-05-16 14:51:13

Yaxşısı budur ki, Azərbaycanı tez bir zamanda Avrozonadan tamamilə qoparıb, Asiya birliyinə keçidini təmin etsinlər. Yoxsa bizi hələ çox biabıçılıqlar gözləyir.....

Teymur 2018-05-16 14:51:13

BU ÇOXDAN QOVULMALI İDİ ORDAN. 25 İLDİR OTURUB ORDA XALQIN PULU İLƏ KEFDƏDİR. PAZORNİKLƏR. BUNLAR MİLLƏT VƏKİLİ YOX NƏ BİLİM KİMLƏRDİR...

Quru bey 2018-05-16 14:51:13

Ayıb olsun Avropaya... Her şey cehenneme... Kişi bilse esebileşecek.. Ay avropa,avropa, ilişme gel sen YAPa, bir az sonra bilersen: kim itire , kim tapa!!! Urrrraaaaa

Son yazılar