Navalnı 30 gün həbs cəzası alıb

Rusiya müxalifət lideri, Korrupsiya ilə mübarizə Fondunun təsisçisi Aleksey Navalnı mayın 5-də Rusiya şəhərlərində “O bizim çün çar deyil” şüarı altında keçirilmiş etiraz aksiyalarının təşkili ilə əlaqədar olaraq bu gün Moskva məhkəməsi tərəfindən 30 gün müddətinə həbsə məhkum edilib. Məhkəmə Navalnının “kütləvi tədbirin təşkili qaydasının təkrar pozulmasında” günahkar olduğunu bildirib.

Minlərlə insanın iştirak etdiyi etirazlar mayın 7-də Rusiya prezidenti Vladimir Putinin daha 6 il müddətinə prezident kimi vəzifəsinə başlmaq üçün inaqurasiya mərasimindən əvvəl keçirilib. Aksiyalarda 1600-dan çox insan saxlanıb.

Navalnı və onun yüzlərlə tərəfdarı Moskva və Rusiyanın digər şəhərlərində keçirilmiş aksialar zamanı saxlanmışdı. Müxalifət lideri sanksiyalaşdırılmamış aksiya keçirmək ittihamı ilə saxlandıqdan bir gün sonra azad edilmişdi.

Aksiyaların təşkilatçıları rəsmilərə mitinqin Rusiya paytaxtının mərkəzində keçirilməsi ilə bağlı müraciət etmişdi. Lakin rəsmilər paytaxtın küçələrindən birində kiçik yer təklif etmişdi.

Məhkəmədə olan polis işçilərindən biri bildirib ki, “Navalnı belə görünür, aksiyanın razılaşdırılmadığı haqda xəbərdarlığı eşitmədiyi üçün Puşkin heykəlinin yanına gedərək, kütləvi informasiya vasitələrinə müsahibə verməyə başlayıb”.

Aleksey Navalnı özü 30 gün müddətinə həbsə məhkum olmasını “gülünc” adlandırıb və bununla qanunun pozulduğunu deyib. “Mən Rusiya Federasiyasının vətəndaşıyam və mənə hansısa tədbirin keçirilməsi qadağan edilməyib. Hətta mən özüm deyil, başqa vətəndaşlar mitinq üçün ərizə veriblər və mən də ora gəlmişəm. Tədbir tamamilə dinc xarakter daşıyırdı”, Navalnı bidirib.(amerikaninsesi.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar