KXDR Cənubi Koreya ilə görüşdən imtina edib

oooKoreyaŞimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib. APA-nın “Renhap”a istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.

Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

Qeyd edək ki, ABŞ-ın “Max Thunder” təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir. Təlimlərdə 2000-dək ABŞ və Cənubi Koreya hərbçiləri iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar