“NATO-ya tamhüquqlu üzvlük Gürcüstanın əsas məqsədidir” – Levan İzoriya

Dərc olunub: 16/05/2018 - 14:16

gurcustan-forum-2-16052018-1 (1)“NATO-nun tamhüquqlu üzvü olmaq Gürcüstanın əsas məqsədidir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.

Nazir bildirib ki, Gürcüstan NATO-ya inteqrasiya istiqamətində əhəmiyyətli irəliləyişə nail olub: “Gürcüstan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib. Biz Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı böyük dəstəyini görürük. Buna görə Türkiyəyə təşəkkür edirik”.

L. İzoriya qeyd edib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkənin NATO-ya üzvlüyünün tərəfdarıdır: “Gürcüstanda bunun əleyhinə olan və Rusiya meylli toplum da var, lakin onların sayı azdır”.


loading...




Fikrinizi bildirin