Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

Dərc olunub: 16/05/2018 - 15:08

Cover_Image_TEDxBHOS

Bakı Ali Neft Məktəbində (BANM) “Yayılmağa Dəyər Fikirlər” missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı həyata keçiriləcək. “Alternativ” mövzusu ilə baş tutacaq konfrans 26 may BANM-ın kampusunda keçiriləcək. Konfransa ölkənin müxtəlif sahələrində uğur qazanmış 9 mütəxəssisi öz maraqlı çıxışları ilə qatılacaqlar.

Qeyd edək ki, ildə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, müxtəlif sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır. BANM-da keçiriləcək TEDxBHOS konfransı da digəriləri kimi qeyri-kommersiya təşkilatı olan TED`in lisenziyası əsasında baş tutacaq.








loading...


Fikrinizi bildirin