İlin ilk üç ayında nikah və boşanma hallarının sayı açıqlanıb

Dərc olunub: 16/05/2018 - 15:21

statistika-komitesiBu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.


loading...




Fikrinizi bildirin