Müdafiə Nazirliyi Rusiyadan mexanikləşdirilmiş ağır körpülər alır - FOTO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın «Uralvaqonzavod» Konserninə (UVZ) mexanikləşdirilmiş ağır körpülər sifariş verib. Bu barədə APA-ya UVZ-dən bildirilib.

Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpülər 8x8 təkər formuluna malik MZKT-7930 maşınlarının şassisi üzərində yerləşir.

TMM-6 körpüləri təkərli və tırtıllı texnikanın xəndəklər, kanallar və su maneələri üzərindən operativ şəkildə keçidi üçün nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar