Səməd Seyidov mətbuat konfransı keçirir
Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) komitəsi tərəfindən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir:
"Ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".
Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.
Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.
Şərhlər
AVROPAYA NAQIL DANIWIR,NAQILLARA BIZ INANIRIQ , ONLARA ATA BILMEZSEN....
onu Qum şəhrinə göndərmək gərəkdir..əsl yeri oradakı mirilərin arasındadır, firəngistanda yox..səhv düşəndə yerimiz vay, vay!
....elə də adlandırmaq lazımdır
O NƏYƏ GÜLÜR GÖRƏSƏN. BİZƏ YOXSA ÖZÜNƏ...... HƏR GEDƏNDƏ YƏQİN APARIB AVRO DEPUTATLARA. .....