Türk lirəsindən yeni anti-rekord

Dərc olunub: 16/05/2018 - 17:27

turk_liresiSon günlər durmadan dəyər itirən Türkiyə lirəsi ABŞ dolları, avro və funt-sterlinq qarşısında bir qədər də ucuzlaşıb. Günün əvvəlinə olan məlumata görə, bir ABŞ dolları 4.501, avro 5.32, ingilis funt-sterlinqi isə 6.068 lirəyə qədər bahalaşıb.

Vəziyyətin getdikcə ciddiləşdiyini görən Türkiyənin Mərkəzi Bankı “gərəkli addımlar atılacaq” deyə, mesaj yayınlayıb və bankın rəhbəri Çətinkayanın prezidentlə görüşəcəyinə dair açıqlama verib. Bu məlumatlara bazar dərhal reaksiya verib və 1 ABŞ dolları 4.41 lirəyə qədər geriləyib.

Lakin lirənin durumu ilə bağlı proqnozlar ürəkaçan deyil. Belə ki, Moody’s şirkəti Türkiyə iqtisadiyyatı ilə bağlı neqativ proqnozlar verib. Şirkət bildirib ki, iqtisadi böyümədəki geriləmə, pul siyasətinin effektiv olmaması, işsizlik səviyyəsi və digər amillər ölkənin maliyyə bazarına yaxşı heç nə vəd etmir.

Xatırladaq ki, son vaxtlar lirənin durmadan dəyər itirməsi prosesi Türkiyə ilə İsrail arasında yaranmış diplomatik qalmaqaldan sonra daha da sürətlənib.


loading...




Fikrinizi bildirin