"MƏNİ 3 SAAT DİNDİRDİLƏR..." - Səməd Seyidov "etiraf etmədik" deyir 

“AŞPA-da bu gün tətbiq olunan sanksiyalarla bağlı yaradılan qrup 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, suallar hərr şeyin təkrar soruşulmasından ibarət olub: “Bizə təsir edirdilər, deyirdilər ki, “sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi.

Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.

635x100

Şərhlər

Ay-yar 2018-05-16 17:32:33

Rüşvətxoru, oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir. Heydər Əliyev

Ay-yar 2018-05-16 17:32:33

"İnsan mənəviyyat üçün yaşamalıdır". HEYDƏR ƏLİYEV

emil 2018-05-16 17:32:33

Heyif oldu 3-milyard rüsvät)))

emil 2018-05-16 17:32:33

Ele dedi ele bil Gestapoda zadda dindiribler bunu. Bu Avropalilari basa düsmäk olmur Kürü gätiränin kürüsünü yeyib özünü govmag olar? Män täklif edirem ki Iktidar kürü alanlara garsi sanksiya tetbig etsin! Äla olar Valla-salla

oxucu 2018-05-16 17:32:33

Yaxşı yadımdadır, uşaq vaxtı biz bir səhv iş gördükdə atam bizdən bu səhv işi kimin tərəfindən görüldüyünü araşdıranda biz də əvvəlcə qorxudan etiraf etmirdik. Atam isə deyərdi ki, oğurluqla, əxlaqsızlığın müddəti qırx gün çəkir, onusuzda üstü açılacaq, yaxşı olar ki, indidən etiraf edin. Bəli, bunlarınki bir az uzun çəksə də, sonda üstü açıldı. İndi məlum olur ki, bunlar bizi dünyada necə tanıtdırırlar.

николай 2018-05-16 17:32:33

Sənin necə dözümlü qəhrəman partizan olduğunu Orduxanla söhbətində gördük, ay Səməd. Orduxan ağzını açmamış " mən sənin haqqında nəsə demişəm?" deyib özünü təmizə çıxarmaq istədin. Nə isə, başın sağ olsun, Vətən!

Bayram 2018-05-16 17:32:33

A.Rəsizadə demişkən "görünən bağa nə bələdçi". Amma oğulsan ki etiraf etməmisən, vətən sizin bu xidmətinizi yəqin ki mütləq nəzərə alacaq. Bu yaxınlarda sizə şərəf ordeni də verilər. Nədənsə heç kimin gözü bizi götürmür, analoqu olmayan inkişamızı görməyirlər, kor olublar. Ağacan Əbiyev demişkən "səviyyəsizdirlər". Bunlar yəqin AzTV demişkən bədnam qonşularımızın işidir.

Murad 2018-05-16 17:32:33

Siz əsil partizansınız. 3 saat ərzində sizə verilən əzablara, iztirablara, işgəncələrə dözüb "nələrisə" etiraf etməmisinizsə əhsən. Siz Millı Qəhrəman adına layiqsiniz. Düşünürəm ki, qəhrəmanlığınıza, cəsarətinizə, igidliyinizə gğrə bu ad tezliklə sizə veriləcək.

Nə deyəsən belə adama 2018-05-16 17:32:33

bu əməlli başlı dözümlü partizan imiş ki, avropalılar bu adamı “3 SAAT DİNDİRDİLƏR…etiraf etmədi” deyir...)))) bu adamı Qarabağ cəbhəsinə göndərmək lazımdır....)))))) yəqin evdə uşaqlarıda fəxr edir ki, atamız var, diplomatik cəbhədə döyüşür....)))))..........Bu qədər potensialı olan ölkənin yaşadığı olaylara bax, adam xəcalət çəkir!!!

Elim 2018-05-16 17:32:33

PAZOR,BİABIRÇILIQ.

sevda agakiwiyeva 2018-05-16 17:32:33

gozlerim doldu...q e h r e m a n i m.

EWDER 2018-05-16 17:32:33

ESAS INKIWAFDU

seçici 2018-05-16 17:32:33

Bizim seçmədiyimiz deputatlar hamısı bax bundandırlar. Neçə ....ediblərsə bütün dünya onlara nifrər etdilər və Avropadan qovdular.

AYZEK 2018-05-16 17:32:33

NİYƏ DEMİRSİNİZ Kİ SİZƏ İŞGƏNCƏ DƏ VERİBLƏR?

G.M 2018-05-16 17:32:33

``Etiraf etmədik``..sözə bax ey.Yoldaş S.Seyidov,özünüz də çox yaxşı bilirsiniz ki, təsdiqə ehtiyacı olmayan bir məsələni ``etirafa`` da ehtiyac yoxdur.

Dr.AGAOGLU 2018-05-16 17:32:33

Eh ay Səməd, çoxlarının işlərinə baxanda sənə min şükür.Vecinədə alma,izi azdırmaq üçün at gedişi edib səni də bir yerə nazirdən- zaddan qoyarlar,dolanarsan.

Akif 2018-05-16 17:32:33

Səməd Seidov,riyakarlıq etməyə vərdiş olmusuz.Sizə sualım var:kim sizlərə ixtiyar verib qanunları pozmağa?Məsələn,nə üçün 13 il bundan qabaq qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tələblərini, o cümlədən özünüzn və ailənizin gəlirləri haqqında deklarasiya (bəyannamə) təqdim etmirsiniz? Əgər bu faktları keçən illər ərzində hakimiyyət nümayəndələri ictimaiyyətə açıqlasaydız,onda xalq da sizlərə inanardı.Amma,bəllidir ki,zor gücünə hakimiyyəti qormaq istəyirsiniz.

NURəddin 2018-05-16 17:32:33

SƏNİ AVROPA ŞURASINDAN YOX,SƏNİ KAİNATDAN QOVUB ÇIXARMAQ LAZIMDIR.BÜTÜN AZƏRBAYCANLILARIN HAQQINA GİRMİSƏN.ON MİLYON AZƏRBAYCANLIYA MADDİ VƏ MƏNƏVİ ZƏRBƏLƏR VURMUSAN.sən İNSANLIĞIN ZİDDİNƏ GETMİSƏN.ELƏ BÖYÜK BİR GÜNAHA RƏHBƏRLİK ELƏMİSƏN Kİ,SƏNİ DÜNYƏVİ QANUNLARLA CƏZALANDIRMAQ MÜMÜKÜN DEYİL.İŞİN QIZIL QİYAMƏTƏ QALIB.İSTƏR İNAN,İSTƏR İNANMA.İŞDİ İNANSAN ALLAHIN RƏHMİNƏ ARXAYIN OLMA.SƏN ONUN 10 MİLYON BƏNDƏSİNƏ UF DEMƏDƏN CƏHƏNNƏM HƏYATI YAŞADANLARDAN BİRİ İDİN.KİMİN BƏNDƏLƏRİNİ TƏKLƏMİŞDİN? ALLAHINMI?

Müfəttiş 2018-05-16 17:32:33

Avropada dindirilməyə nə var ki. Bizimkilərin əlinə düşsəydiniz yəqin hər şey fərqli olardı.....

Son yazılar