Sumqayıtda usta dördüncü mərtəbədən yıxılaraq ölüb

Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisindəki yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar