Bakının Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gecədən Bakının Nərimanov rayonunun Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənə qədər qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar