“BU DÖVLƏT QURUMLARINI ŞANTAJ ETMƏKDİR” – "Nadanlığın dərəcəsinə baxın"

Riyaziyyat müəllimi Sədi Heydərov təhsil eksperti Kamran Əsədovun son zamanlar qəbul imtahanları ilə bağlı “məsuliyyətsiz çıxışlarına” etiraz edib.

O, bununla bağlı “AzPolitika.info”ya göndərdiyi yazısında bildirir ki, bəzi təhsil ekspertləri savadsız fikirləri ilə cəmiyyəti çaşdırmağa çalışırlar. Onlardan biri təhsil sahəsində qeyri-müəyyən biliklərə malik olan Kamran Əsədovdur.

“Nədənsə o, həmkarlarından daha çox efirlərdə və qəzetlərdə görsənir. Onun fikirləri ilə tanış olduqdan sonra məni belə bir sual düşündürür ki, nə əcəb onu gündəmdə saxlayanlar onun fikirlərindəki avantüra və savadsızlığı dərk etmirlər. Kamran son müsahibələrinin birində yazır: “Şagirdin 6-cı sinifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbəttə ki, onun həmin mövzuya cavabvermə reallığı aşağı olacaq. DİM-in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, onun repetitor yanında əldə etdikləri biliklərdir”. Biz bilirik ki, orta məkəbdə tədris olunan fənnlərin mövzuları ardıcıllıqla, biri digərini tamamlamaqla orta təhsilin son pilləsinə qədər davam edir. Bu təhsil eksperti başa düşmür ki, vurma, bölmə, kəsr və s. kimi əməllər təkcə 5-ci sinifdə donub qalmır? Bu riyazi əməllərdən yuxarı siniflərdə istifadə etməmək qeyri-mümkündür. Bu nə məntiqdir, aşağı siniflərdə keçilən dərslər unudulmalıdr? Məktəbin missiyası bundan ibarətdir? Bu nə sayaq çağırışdır? Yaxud kimya fənnində kimyəvi elementlərin valentliyi 11-ci sinfə qədər mövzularda əksini tapır. Məgər şagird bunu unudaraq 11-ci sinifə gəlib çatır?”

“Nadanlığın dərəcəsinə diqqət edin: bu adam şagirdlərin biliklərini sortlaşdırır. DİM-nin son hesabatından məlum oldu ki, orta statistik abituriyent fənlər üzrə məktəb proqramının 30-52 faizini mənimsəyir. Əgər proqramları 100 faiz repetitorlar mənimsətsəydilər, onda Kamranın sayıqlaması “doğru” olardı. Bu bilərəkdən dövlət qurumlarını şantaj etməkdən başqa bir şey deyil. Həm də qurumları süni olaraq qarşı-qarşıya qoymaqdır.

Üzümu tanınmış saytlara tutub deyirəm ki, indi abituriyentlər və yuxarı sinif şagirdləri üçün həssas dövrdür. Təhsil eksperti adı ilə cəmiyyətə daxil olan insanların fikirlərini verərkən bir qədər ehtiyyatlı olmaq lazımdır” – müəllim yazır.

V.NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

V.Nəsibova 2018-05-17 00:02:14

Özünüz öz sözlərinizlə sübut edirsiniz ki,bizdə təhsil bərbad haldadır.Deyirsiniz ki abuturiyenlər məktəb proqramını 32-50 faiz mənimsəyirlər.Burada məntiq varmı?Bu necə dərs proqramı,dərsliklər və tədris qaydasıdır ki, abuturient cəmi 32 faizini mənimsəyə bilir? Siz görmürsünüz ki, təhsil texnologiyası ( dərslik,təhsil səviyyəsi)Sizin bəyənmədiyiniz Sovet sistemindən çox geridədir.Nə şagirdlərin,nə universitet bitirən gənclərin bilik səviyyəsi qənaətbəxş deyil və bunu düşünüb bir lazımi qərar verən yoxdur

kəndli 2018-05-17 00:02:14

Azərbaycan məktəblərində dərs deyən müəllimlərimizin dünyagörüşü məhduddur. Onlar bilik verə bilərlər, amma şagirdi yüksək səviyyəli ziyalı kimi formalaşdıra bilmirlər.

Oxucu 2018-05-17 00:02:14

Kamran Əsədov bu mövzunu,necə deyərlər,düppədüz əsaslandırır.Repetitorluq faktiki olaraq məktəbləri iflic vəziyyətə salıb.Əgər qəbul imtahanında hansısa bir fənndən imtahan olmayacaqsa şagird həmin fənnin mənimsənilməsində maraqlı olmur.Siz məktəb müəllimləri hər şeyi yaxşı bilirsiz,sadəcə sərf etmir deyə bu cür reaksiya verirsiz.

Nurəddin Abbasov 2018-05-17 00:02:14

Sədi müəllim haqlıdır. Bu Kamran kimi adamlar Azərbaycan cəmiyyətini ələ salırlar. Ölkədə normal insanlar abırlarına qısılıb danışmayanda elə bilirlər ki, bunlar dahidirlər. Təhsildən danışanda məsuliyyəti hiss etmək lazımdır. Təəssüflər olsun ki, kamrankimilər belə məsuliyyət hisslərindən məhrumdurlar.

Son yazılar