İŞDƏN ÇIXARILAN GENERAL NAZİRİN QOHUMUDUR! – “Müdaxilə etmir”

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl “dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra vəzifəsindən uzaqlaşdırılan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğludur. Bu barədə “AzPolitika.info”ya mötəbər mənbə bildirib.

Bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Sonuncunun barəsində cinayət işi qaldırıldığı bildirilsə də, S.Abduyevin istintaqa cəlb olunması haqda məlumat verilmir.

Kəmaləddin Heydərovla yaxın qohumluq əlaqəsi olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin vəzifəsindən uzaqlaşdırılması maraqlı hadisədir. Bu fakt bir daha ondan xəbər verir ki, “dərman mafiyası”na qarşı əməliyyat yüksək səviyyədə sanksiyalaşdırılıb və istintaq da kifayət qədər prinsipial mövqe tutub. Bu baxımdan general S.Abduyevin bu işlərdə iştirakının olub-olmadığını da məhz istintaq müəyyən edəcək. Hələ ki, o, yalnız vəzifəsindən azad olunub və ona qarşı hər hansı ittiham irəli sürülməyib. Lakin açıq görünür ki, müəyyən dairələr S.Abduyevin FHN naziri ilə qohumluq əlaqəsinin olması faktından nazirə qarşı istifadə etmək niyyətindədirlər. Artıq belə fikirlər dövriyyəyə buraxılıb ki, “bir generalın yaxın qohumu olan” S.Abduyev istintaqdan yayındırılır. Lakin bizə verilən məlumata görə, K.Heydərov ilk gündən bu məsələyə müdaxilə etməmək yolunu tutub və istintaqın obyektiv aparılmasında maraqlıdır.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Mehdi 2018-05-17 00:11:13

BUNLAR HAMISI QOHUB ƏQRABADIR. BİR ONU BİLİRƏM Kİ ORADA BİZDƏN HEÇ KİM YOXDUR. NECƏ MİLLƏTİK BİZ

mahir 2018-05-17 00:11:13

Bizdə qohumu olmayana çox çətindir. Bu Abduyevin bir qardaşı da FHN-də baş idarə rəisinin müavinidir, yetim oldunsa öldün burada.

Dadas 2018-05-17 00:11:13

Sadiq mütleq istintaqa celb edilmeli ve digerleri kimi messuliyete celb edilmelidir.

Cavid 2018-05-17 00:11:13

Azərbaycanda vəzifələrdəkilərin 98 faizi mütəlif səviyyədə bir-birinin qohumudur.Ona görə nəzarət yoxdur ki,birdən qohum ya da rüşvətlə işə düzltdikləri inciyər.Ona görə də ölkə dərəbəylikdir.Ölçü götürmək.qanun pozuntularına yol verənlərlə müvarizə aparmalı olanlar da bunu bilərəkdən gendən baxırlar.Buna sübut işində davam edənlərə nəzarətin yoxluğu.işdən çıxarılanların üzə çıxan əməlləri.Bax sevin ay millət!

Mehdi 2018-05-17 00:11:13

Vezifelerde isleyenler hamisi bir birlerinin qohumu ve ya dostudurlar.Tesadufu isleyenler qohumlyqu olmayanlar cetinki vezifede islesinler.

Son yazılar