Avropa Liqasının qalibi “Atletiko” oldu!

Dərc olunub: 17/05/2018 - 00:44

fb28897f346fd64fbeae3fa0db2db3d0Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.

Lion şəhərində baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib.

Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub.

UEFA Avropa Liqası

Final

16 may

“Marsel” (Fransa) – “Atletiko” (İspaniya) – 0:3

Qollar: Qrizman, 21, 49, Qabi, 89

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion, “Park Olimpik Lion”

“Atletiko”: Yan Oblak, Dieqo Qodin, Koke, Antuan Qrizmann, Saul Nigyez, Anhel Korrea, Qabi (k), Vrsaljko, Dieqo Kosta, Lukas, Ximenes
Ehtiyat oyunçular: Verner, Felipe Luis, Tomas Partey, Fernando Torres, Saviç, Xuanfran, Qameyro

“Marsel”: Mandanda, Okampos, Sanson, Dmitri Payet (k), Sarr, Amavi, Luis Qustavo, Rami, Toven, Jermen, Angissa
Ehtiyat oyunçular: Pele, Sakai, Kamara, Rolando, Mitroqlu, Njye, Lopes


loading...




Fikrinizi bildirin