“Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb

Dərc olunub: 17/05/2018 - 10:39

7a1d4a24-7b8f-46b1-b6ac-adc96fc279a8_292“Azərbaycanda ödəniş xidmətləri təchizatçılarının hüquqi çərçivəsi formalaşdırılır”.

“Report”un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

“Azərbaycan bazarında informasiya texnologiyarının yeniliklərinə ən tez reaksiya verənlər ödəniş xidmətləri təchizatçılarıdır. Bunun üçün də bu sahədə hüquqi çərçivənin formalaşdırılması üçün “Ödəniş xidmətləri haqqında” qanun layihəsinin hazırlanması qarşımızda labüd bir vəzifə kimi qoyulub. Layihə artıq yekun fazadadır. Qanunun tətbiqi ilə ödəniş xidməti təchizatçılarının sayı artacaq, yeni elektron pulların tətbiqi həyata keçiriləcək. Bu istiqamətdə yeni məhsullların yaradılmasının şahidi olacağıq”, – o qeyd edib.


loading...




Fikrinizi bildirin